İngiltərə liqasında koronavirusa daha 3 yoluxma aşkarlandı

img

24-06-2020 [17:27]


İngiltərə Çempionşipində komandaların məşqçilər heyəti, futbolçuları və əməkdaşlarından götürülən növbəti analizlərin nəticələri açıqlanıb.

"Report" İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2 klubdan ümumilikdə 3 nəfərdə koronavirus aşkarlanıb.

Adları açıqlanmadığından, onların futbolçu olub-olmadıqları bilinmir. Həmin şəxslər artıq karantinə alınıblar.

Test nəticələri neqativ çıxanların isə oyunlarda və məşqlərdə iştirakına heç bir qadağa qoyulmayıb.

Qeyd edək ki, buna qədər Çempionşipdə virusa ümumilikdə 14 yoluxma faktı aşkarlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA