Çempionlar Liqası: “Real” klubu İngiltərədəki səfər oyununa getmək istəmir

img

23-06-2020 [16:14]


Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Çempionlar Liqasının bərpası narazılıqlarla müşayiət olunur.

Məlumata görə, 1/8 finalda “Mançester Siti”nin qonağı olacaq İspaniyanın “Real” klubu İngiltərədəki səfər oyununa getmək istəmir.

Madrid təmsilçisi cavab oyununun neytral meydanda keçirilməsini təklif edir. “Real” rəhbərliyi bunu koronavirus pandemiyası üzündən İngiltərədəki durumun ürəkaçan olmaması ilə izah edir. Futbolçu və əməkdaşlarının sağlamlığı üçün ehtiyat edən ispaniyalılar neytral meydan üçün ən münasib variantın Portuqaliya paytaxtı Lissabon olduğunu düşünür.

Qeyd edək ki, “Mançester Siti” – “Real” oyunu avqustun 7-də keçirilməlidir.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA