İcra başçısının həyat yoldaşı "Azəriqaz"a olan 115 min manat borcunu tam ödədi - Məhkəmə qalmaqalı və... + FOTO
17-06-2020 [18:21]
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu iddia edilir.
Mia.az xəbər verir ki, bu barədə Meydan TV-yə “Azəriqaz”dakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Ç.Hacıyevaya pulun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, ödəməkdən imtina edib. Ona görə də “Azəriqaz” borcun ödənilməsi tələbilə məhkəməyə müraciət edib.
“İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə verilmişdi. Amma məhkəmə bu işə baxmaqdan imtina edib”, - deyə məlumatda bildirilir.
Məhkəmədən də məlumatı təsdiqləyiblər. Bildirilib ki, “Azəriqaz”ın Ç.Hacıyevaya qarşı 115 min manatlıq borc tələbilə qaldırdığı iddia ərizəsi baxılmamış saxlanılıb. Çünki məhkəmə təyin edilsə də, nə “Azəriqaz”ın nümayəndəsi gəlib, nə də cavabdeh Ç.Hacıyeva: “Buna görə də iddianın baxılmamış saxlanması barədə qərar çıxarılıb. Amma iddiaçı tərəf – “Azəriqaz” istəsə, yenidən məhkəmədə bu barədə iddia qaldıra bilər”.
Ç.Hacıyevadan münasibət öyrənmək mümkün olmayıb. Ç.Hacıyeva atası rektor olduğu dövrdə İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə ali təhsil alıb. Daha sonra universitetin Xüsusi istedadlar fakültəsinin dekanı olub.
Onu da qeyd edək ki, Ç.Hacıyevanın həyat yoldaşı Seymur Orucov Ağstafanın icra başçısıdır.
“Azəriqaz” İstehsalat Birliyi Çeşmi Hacıyevanın borcu ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, Ç.Hacıyevaya məxsus 79 min 816 manat 20 qəpiklik borc artıq ödənilib.
***
"Azəriqaz"dan Mia.az-a verilən məlumata görə isə, bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılılıb: "Bildiririk ki, abonent tərəfindən borc tam ödənilmiş və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməmişdir".
Mia.az


İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir