Bakı Şəhər İcra Hakimiyyəti: icra başçıları gücləndirilmiş iş rejimində işləyirlər

img

06-04-2026 [11:22]


Aprelin 4-dən başlayaraq ölkə ərazisində müşahidə olunan intensiv xarakterli yağıntılar bir sıra fəsadlar törədib.

Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, bu günlərdə BŞİH və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər.

Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər. İntensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA