"Oqtay Əsədovla Zeynal Nağdəliyev dedi ki..." - Sabiq icra başçısı maraqlı sirləri açdı
16-06-2020 [22:12]
“Düşünürəm ki, keçmişdə olan bəzi məsələlərə aydınlıq gətirmək lazımdır”.
Mia.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, YAP-ın qurucu üzvlərindən biri, keçmiş deputat və icra başçısı Musa Musayevin “feysbukda” böyük marağa olan yazısı belə başlanır.
M.Musayevin yazısı 15 il əvvəlin parlament seçkisi günlərindən bəhs edir.
Tanınmış YAP-çı hakim partiyanın rəsmi namizədi kimi iştirak etdiyi həmin seçkilər dövründə üzləşdiyi hadisələrlə bağlı çox maraqlı xatirələrini paylaşıb. M.Musayev yazır: “2005-ci il parlament seçkilərində namizədliyim Binəqədi rayonu 8-saylı dairədən YAP-ın namizədi kimi irəli sürülmüşdü. Sənədlərimi Dairə Seçki Komissiyasına (DSK) apardım ki, imza vərəqələri götürüm. DSK-nın sədri Rafiq Ağamaliyev adlı bir nəfər idi. Biləndə ki, mən YAP-ın deputatlığa namizədiyəm, kefi pozuldu. Soruşdum ki, nə olub? Cavab verdi ki, bəs buradan namizəd Azərbaycan Beynəlxalq Universitetinin rektoru, professor Elşad Abdullayevdir və mən ona söz vermişəm. Bildirdim ki, siz nə danışırsınız, YAP mənim namizədliyimi irəli sürüb, siz sənədləri qəbul edin və mənə imza vərəqələri verin. DSK sədri də əslən Qərbi Azərbaycandan olduğundan, həm də əmilərini tanıyırdım, çəkinmədən dedi ki, onun 100 min manat borcu var. Elşad ona söz verib və beh alıb ki, seçkidən sonra qalan pullarını da verəcək...
O zaman söhbətlər eşitmişdim ki, Elşad Abdullayev 2 milyon pul xərcləyib ki, deputat olsun. Buna məhəl qoymadım və imza vərəqələrimi aldım. İki gündən sonra imza vərəqələrini doldurub DSK-ya təqdim etdim. Bir neçə gündən sonra Rafiq mənə zəng edib dedi ki, bəs imza vərəqələrində səhvlər var və biz namizədliyinizi qeydə ala bilmirik. Artıq vəziyyətin nə yerdə olduğunu anladım. Banka gedib lazım olan depoziti ödədim və sənədləri gətirib DSK-ya təhvil verdim. Bir sözlə, namizədliyim qeydə alındı və namizədlik vəsiqəsini aldım”.
M.Musayev davamında yazır ki, bundan sonra Binəqədinin icra başçısı ilə görüşüb. Sitat: “Sonra gedib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə kabinetində görüşərək real vəziyyəti öyrənmək istədim. Alı Qocayev mənə dedi ki, baxmayaraq sizin namizədliyiniz YAP tərəfindən irəli sürülüb, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev sənin əleyhinədir. O, istəmir ki, siz deputat seçiləsiniz. Mən də bildirdim ki, partiyamızın sədri, cənab Prezident namizədliyimi irəli sürübsə, kimin bunu istəyib-istəməməsindən asılı olmayaraq, seçkilərə gedirəm. Bunu deyib icra başçısının kabinetini tərk etdim”.
YAP-çı daha sonra yazır ki, bu hadisənin səhərisi günü Alı Qocayevin qudası, “Azərsu”nun prezidenti və eyni zamanda Abşerondan deputatlığa namizəd Oqtay Əsədovla onun 20 Yanvarda yerləşən ofisində görüşüb: “Oqtay Əsədov YAP Siyasi Şutasının üzvü idi və 2000-2005-ci illərdə deputat həmkarım olmuşdu. Oqtay Əsədov mənə dedi ki, cənab Prezident, partiyamızın sədri istəyir ki, siz deputat seçiləsiniz, lakin Ramiz Mehdiyev və Siyavuş Novruzov əleyhinizədir. Cavab verdim ki, Oqtay müəllim, əgər YAP mənim namizədliyimi irəli sürübsə, cənab sədr də istəyirsə ki, mən seçilim, onda burada nə problem var? Oqtay müəllim bildirdi ki, real vəziyyəti deyir”.
Fikirlərini davam etdirən Musa Musyav seçki günü baş verənlərdən, Elşad Abdullayevin qalib elan olunmasından yazır: “YAP, Binəqədi icra başçısı, hüquq-mühafizə orqanları Elşad Abdullayevin xeyrinə çalışdılar. Bütün bunlara baxmayaraq, məntəqələrin əksəriyyətində mən birinci, Müsavat Partiyasının namizədi Arzu Səmədbəyli ikinci, Elşad Abdullayev isə üçüncü oldu. Hətta “Exit-poll”un nəticələrinə görə, mən birinci yerə çıxmışdım. Bütün bunlara baxmayaraq, axşam saat 24-də MSK Elşadı qalib elan etdi. Elşad Abudllayev səhəri günü böyük restoranların birində 500 nəfərlik qonaqlıq verdi. Orada vəzifəli və bəzi hörmətli insanlar da iştirak etmişdi. Mən “Şərq” qəzetində müsahibə verdim, seçkilərdə qanun pozuntuları, eyni zamanda YAP rəhbərliyində pozuntular və çirkin əməllər barədə məlumat verdim. Bu çirkin oyunlarda iştirak etməyəcəyimi bildirdim. Bir neçə gündən sonra 8 saylı DSK-nın 12 məntəqəsinin nəticələri ləğv edildi və müsavatçı Arzu Səmədbəyli qalib elan olundu...”
Musa Musayev xatırladır ki, deputat mandatını itirəndən sonra - 2006-cı ilin 24 martında cənab Prezidentin sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib: “Prezident Aparatında ilk öncə Ərazi idarəetmə şöbəsinin müdri Zeynal Nağdəliyevlə görüşməli oldum. Onunla tanış oldum və onun mənə ilk sualı belə oldu: “Alqış Musayev sənin nəyindir?”
Mən də cavab verdim ki, əmioğlumdur. Nağdəliyev dedi ki, bilirsən, o 2005-ci ildə Lənkəranda başçı işləyəndə mənim barəmdə “Yeni Azərbaycan” qəzetində məqalə yazmışdı. Mən də cavab verdim ki, qəzetçinin peşəsi yazı yazmaqdır, Alqış Ramiz Mehdiyev barədə və digər vəzifəlilər haqqında da “Yeni Azərbaycan” qəzetində yazı yazıb. Nə olar məqalə yazanda? Cavab verdi ki, dedim biləsən...
Sonra mən YAP-ın yaranması, mənim partiyadakı fəaliyyətim haqqında danışmağa başladım. Zeynal müəllim mənim danışmağımı yarımçıq kəsib dedi ki, sizə böyük hörmətim var, amma xahiş edirəm YAP barədə danışma, orada qaragüruhçular yığışıb. Məndən əvvəlki şöbə müdiri Yusif Humbətov şöbəyə bir neçə YAP-çı götürmüşdü, mən onları qovdum. Bir nəfər - Habil Əzəmətov qalıb, onu da qovmaq istəyirəm, Siyavuşla Mübariz yalvarır ki, onunla işin olmasın, o azsaylı xalqın nümayəndəsidir.
Artıq hər şey mənə bəlli oldu və gələcəkdə mən bunun acısını yaşadım...
Oradan çıxıb Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kabinetinə getdim. Xeyli söhbətdən sonra ayağa qalxıb vidalaşmaq istəyəndə dedim ki, Ramiz müəllim, məni narahat edən bir məsələni Sizə demək istəyirəm. Ramiz Mehdiyev də dedi “buyur, Musa”. Dedim Ramiz müəllim, 2005-ci il parlament seçkisində Oqtay Əsədov və Alı Qocayev mənə dedilər ki, partiyanın sədri cənab Prezident istəyir ki, sən deputat seçiləsən, lakin Ramiz Mehdiyev bunu istəmir. Bunu dedim və əlimi kabinetdə olan hökumət telefonuna uzadaraq bildirdim ki, istəyirsiniz yanınızda zəng edib, özlərinə deyim. Ramiz müəllim dedi ki, mən sənə inanıram. “Görürsən ki, bu yaramazlar qələt edirlər. 2000-ci ildə mən Heydər Əliyevdə dedim ki, Musanın YAP-ın yaranmasında böyük xidmətləri olub, onun namizədliyini vermək lazımdır. 2005-ci ildə Prezident İlham Əliyevə dedim ki, Musa parlamentdə bizim etimadımızı doğruldub, onun namizədliyini verək”.
Bir qədər söhbətdən sonra mən sərəncamı götürüb cənab Prezidentin qəbuluna getdim...”
“AzPolitika”
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir