Azərbaycanda atışma olub – Bir polis öldürülüb, üçü yaralanıb

img

16-10-2013 [21:56]


Qusarda atışma baş verib. MİA anspress-ə istinadən xəbər verir ki, atışma axşam saatlarında qeydə alınıb. Atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb. Bölgə müxbirimizə verilən məlumata görə, bunlar Qusar rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov, Cinayət Axtrış bölməsinin rəisi 1967-ci il təvəllüdlü Mövlud Əliyev, bölmənin əməliyyat müvəkilləri 1962-ci il təvəllüdlü Qalib Quliyev və Cəmil Nəsirovdur.

Qusar Mərkəzi Rayon Xəstəxanasının travmatoqu Murad Şahvələdovun ANS PRESS-ə verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Qalib Quliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

C.Nəsirov və M.Əliyev üzərində əməliyyat aparılır. M.İbrahimov isə ambulator yardımdan sonra evə buraxılıb.

Hadisə ilə bağlı polis şöbəsində araşdırmalar aparılır,atışmanın təfərrüatları dəqiqləşdirilir. Ərtaf rayonların polis şöbələrinin əməkdaşları da Qusara cəlb edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA