FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

img

11-06-2020 [23:33]


FİFA müvəqqəti tənzimləmə dəyişikliklərini elan edib.

Apaspot.az saytının məlumatına görə, ali futbol qurumu futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verib.

Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb. Buna qədər FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi matçlarda meydana çıxa bilərdi.

Eyni zamanda, futbol assosiasiyalarına müəyyən şərtlərlə cari mövsümün sonuna qədər 2020/21 mövsümü üçün ilk qeydiyyat dövrünü açmaq icazəsi verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA