Daha bir baş məşqçi koronavirusa yoluxdu

img

07-06-2020 [17:11]


İtaliyanın "Parma" futbol komandasının baş məşqçisi Roberto DAversa koronavirusa yoluxub.

Bu barədə 45 yaşlı mütəxəssisin özü açıqlama verib. 

O bildirib ki, martın 9-da SPAL komandasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra azaıq temperaturu olub. DAversa bunu qorxulu hesab etməməsi səbəbindən test vermədiyini vurğulayıb. Baş məşqçi xəstəliyin bir neçə gün öncə qan analizi verməsindən sonra təsdiqləndiyini əlavə edib.

DAversi A Seriyasında "Atalanta"dan Can Pyero Qasperini və "Fiorentina"dan Cüzeppe Yakinidən sonra koronavirus aşkarlanan üçüncü baş məşqçi olub.

Qeyd edək ki, mayda "Parma"nın iki futbolçusunun koronavirus testi müsbət çıxıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA