Prezidentin sabiq köməkçisi: "İndi vəziyyət dəyişib, Prezident Administrasiyası başqa cür işləyir..." - MÜSAHİBƏ
22-05-2020 [16:05]
Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi, politoloq Eldar Namazovun “Yeni Sabah”a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Eldar müəllim, dövlət strukturlarında kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? Gənc kadrları irəli çəkməklə hakimiyyət komandasında keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür?
- Bu, yuxarıdan inqilab anlaşıyına uyğundur. Bununla bağlı dünya təcrübəsi var. Həmin təcrübəyə nəzər saldıqda Azərbaycanda atılan addımlar daha aydın və məntiqli görünür. Kadr islahatları ikinci böyük prosesin tərkib hissəsidir. Böyük dəyişiklik həyata keçirmək üçün gərək bu işə başçılıq edən adamın əlinin altında instrumentləri olsun. Onlar olmasa, əməliyyat keçirə bilməz. Komanda da bu mexanizmdir. Sən nəyisə həyata keçirmək istəyirsənsə, gərək əlində komanda olsun. Nəzərə alsaq ki, indi hakimiyyətə gətirilən kadrların əksəriyyəti Qərbdə təhsil almış, orada təcrübə toplamış insanlardır, deməli, prosesin həqiqətən də əsas hədəfi Azərbaycanda islahatlar keçirmək, şəffaf sosial-iqtisadi model qurmaqdır. Prezident tərəfindən bu hədəflər tez-tez səsləndirilir. Mən digər mühim məsələləri də qeyd etmək istəyirəm. Birincisi, kadr islahatları hələ davam etdirilməlidir. Burada söhbət yalnız 5-10 nazirdən gedə bilməz. Daha böyük komanda lazımdır ki, köklü islahatları həyata keçirmək mümkün olsun. İkincisi isə islahatların düzgün strategiyası olmalıdır. Bugünkü model bəllidir və o, heç kimi qane etmir. Ona görə də mövcud modeli dəyişmək lazımdır. Ancaq istədiyimiz model nədən ibarətdir, onun keyfiyyət parametrləri nə cür olmalıdır, biz nəyi qurmaq istəyirik? Bax, bununla bağlı olan konkret strategiya olmalıdır. Çox vacib amil ictimai dəstəkdir, yəni yalnız Prezident və bir qrup məmurlar belə böyük islahatları həyata keçirə bilməzlər. İctimai dəstəyin də öz funksiyaları olur, məsələn, ictimai monitorinq funksiyası var, bununla yerlərdə nələrin baş verdiyi, islahatların düz gedib-getmədiyi, hədəfdən yayınan məmurların olub-olmadığını üzə çıxarmaq mümkündür. Dünya təcrübəsini nəzərə almalıyıq. Mən bu təcrübəni öyrənmişəm, hətta Azərbaycanda beynəlxalq konfrans da təşkil eləmişəm, Şərqi Avropa ölkələrində bu islahatlara rəhbərlik eləyən tanınmış ictimai-siyasi xadimləri Bakıya dəvət eləmişdik. Polşada, Macarıstanda, Pribaltika ölkələrində yeni modelə keçid prosesini həyata keçirən ekspertlər, politoloqlar, iqtisadçılar Bakıya gəlmişdi. Biz o zaman hətta Şərqi Avropa ölkələrinin bu təcrübəni necə qısa müddətdə tətbiq etməsilə bağlı bir kitab da nəşr elədik. Həmin o təcrübəni bildiyimə görə, bu gün atılan addımları şərh eləyəndə fikirləşirəm ki, bunlar düzgün addımlardır. Sadəcə olaraq, bunu davam etdirmək, məsələyə daha geniş yanaşmaq lazımdır. Kadr islahatları dərinləşməli, strategiya da işlənib cəmiyyətin müzakirəsinə verilməlidir. Həmin strategiya təkcə iqtisadiyyatla bağlı olmalı deyil. Burada məhkəmə sistemində ciddi dəyişikliklərin olması göstərilməlidir. Qanun aliliyi və müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, bu da sosial-iqtisadi modelin əsas prinsiplərindən biridir. Qabaqda hələ görülməli olan işlər var. Biz bu prosesin başlanğıcındayıq.
- İcra başçılarının silsilə həbsi idarəçilikdə problemlərin olduğunu üzə çıxardı. Sizcə, məmurların bu qədər çirkaba bulaşmasına səbəb nədir?
- Bu haqda Prezident özü cəmiyyətə kifayət qədər açıq mesajlar verib. Hətta müəyyən bir mexanizmi də açdı ki, məmurları vəzifəyə təyin edəndə onlardan pul alıblar, onlar da verdikləri pulu çıxarmaq üçün korrupsiya, rüşvətxorluqla məşğul olublar. Mənzərəni kifayət qədər aydın göstərildi. Onların bu işi hazırda da davam etdirməsi məsələsinə gəldikdə isə yəqin ki, xəbərdarlıq kifayət etmir. İlk mərhələdə Prezident bir neçə dəfə xəbərdarlıq edib, daha sonra bir neçə məmuru işdən azad edib, lakin bu da onlara dərs olmadı. İkinci mərhələdə daha sərt addım ataraq hazırkı prosesə başladı. İndi bu işə rəhbərlik edən DTX və Baş Prokurorluqdur. Bildirim ki, həm DTX-nın rəhbəri Əli Nağıyev, həm də yeni təyin olunan Baş prokuror Baş Prokurorluqda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir yerdə işləyiblər. Biri idarənin sədri idi, digəri də müavin idi. Bu iki adam bir yerdə işləyəndə həmin komitədə minlərlə fakt toplanıb, sadəcə olaraq əvvəlki Baş Prokurorluğa rəhbərlik edən adamlar hazırkı işləri həyata keçirməyə imkan vermirdilər. Həm DTX rəhbəri, həm Baş prokuror Azərbaycanın regionlarında nələr baş verdiyini, korrupsiyanın hansı səviyyədə olduğunu bilirlər. Sadəcə, onların təmizləmə işlərinə başlamalarına mane olublar. Bu gün bu təşkilatlar ona görə əlbir və sürətli şəkildə bu işləri görürlər ki, onların əlində bu materiallar vaxtilə toplanıb, sadəcə prosesi həyata keçirmə imkanı olmayıb, artıq o imkan yaranıb.
- Həbslər idarəçilikdə mövcud olan rüşvət və korrupsiyanın kökünü kəsmək üçün yetərli olacaqmı?
- Həbslər çox vacib olan bir istiqamətdir. Bununla yanaşı, başqa istiqamətlər də olmalıdır, burada şəffaflıq da təmin olunmalı, ictimaiyyətin nəzarəti də güclənməlidir. Bu haqda da Prezident bir neçə dəfə çağırış edib, hətta birinci çağırışından sonra ictimaiyyətdən reaksiya lazımi səviyyədə olmayanda ikinci dəfə daha geniş danışaraq bildirib ki, Prezident Administrasiyasının əvvəlki rəhbərli dövründə sizin məktublarınız mənə çatmırdı, gizlədilirdi. Kimin haqqında şikayət olurdusa, məktub həmin şəxsə göndərilirdi və cinayəti törədən ondan şikayət edənlərə daha böyük təzyiqlər edirdi. Ancaq indi vəziyyət dəyişib, Prezident Administrasiyası başqa cür işləyir. Prezidentin buradakı çağırışı ictimaiyyətə idi, fəal olmalarını, bu işlərdə köməklik etmələrini istəyirdi. Məmurlar üzərində ictimai nəzarəti təmin eləmək lazımdır ki, bu təmizləmə işləri daha uğurlu getsin.
- Rayonların sayını azaltmaq, ölkəni vilayətlərə bölməklə bağlı təkliflər səsləndirilir. Sizcə, rayonların sayını azaltmaqla idarəçilikdəki nöqsanları aradan qaldırmaq mümkün olacaq?
- Bu, ciddi məsələdir, amma eyni zamanda daha böyük problemin tərkib hissəsidir. Söhbət ondan gedir ki, Azərbaycanda dövlət məmurlarının sayı həddən artıq çoxdur. Dünya standartlarına baxıb 100 min əhaliyə nə qədər dövlət məmuru düşdüyünə nəzər salsaq görərik ki, Azərbaycandakı say bu standartlara uymur, 2-3 dəfə çoxdur. Ona görə də ümumiyyətlə, bu idarəçilik sistemində ciddi islahatlar həyata keçirmək lazımdır. Təkcə kadr dəyişikliyi etmək yox, dövlət məmurlarının sayını da azaltmaq lazımdır. Elektron hökumət anlayışı var, bunun olduğu yerlərdə insanlar məmurun üzünü görmədən, onunla danışmadan dövlətdən lazımı xidməti ala bilirlər. Məhz bu səbəblə məmurların sayının azaldılması ölkəmiz üçün ciddi məsələdir. Bəziləri düşünür ki, rayonların sayını azaldıb vilayət prinsipinə keçmək lazımdır. Mən hesab edirəm ki, burada ilk addım olaraq, bəzi dövlət qurumlarını vilayət prinsipinə keçirmək lazımdır. Rayonların sayını azaltmaq mürəkkəb proses ola bilər, ancaq hər halda baxmaq lazımdır ki, bu və ya digər dövlət qurumunun hər rayondamı öz şöbəsi olmalıdır, yoxsa bir region üzrə bir şöbə kifayət edirmi? Heç olmasa bu yolla getsək, məmurların sayı azalar və müsbət nəticələr əldə oluna bilər.
- Vətəndaşların dövlət idarəçiliyində rolunu artırmaq, ictimai nəzarət mexanizmini təşkil etmək üçün hansı işlər görülməlidir?
- Sözsüz ki, burada müəyyən yeni qurumların da yaranmasına ehtiyac var. Həmçinin əvvəldən yaranmış, lakin səmərəli işləməyən qurumların fəaliyyəti diqqətdə saxlanmalıdır. Yəqin ki, dövlət qurumlarının yanında İctimai Şuraların formalaşması da vacibdir. Müxtəlif nazirliklərdə belə addımlar atılıb. Lakin düşünürəm ki, bunu artıq bütün dövlət qurumlarına aid etmək lazımdır.
- Sizcə, səmərəli işləməyən qurumlar hansılardır?
- Vətəndaş cəmiyyəti ilə işləyən qurumlar var idi. Əvvəlki illərdə onların əsas funksiyası heç gözə çarpmırdı. Halbuki bu sahədəki qurumlara dövlət büdcəsindən vəsait ayrılıb.
- Hesab edirlər ki, bu islahatlar hakimiyyətlə məhdudlaşmamalı, YAP-ı da əhatə etməlidir. Bu haqda nə düşünürsüz?
- Əlbəttə, hakim partiyanın içərisində də bu proses getməlidir. Biz az əvvəl ictimai monitorinq haqqında danışdıq. Əslində, əgər icra hakimiyyətlərindən asılı vəziyyətdə olmasaydı, müəyyən mənada hakim partiyanın özü də bu funksiyanı yerlərdə yerinə yetirə bilərdi. Bu mənada mən hesab edirəm ki,Yeni Azərbaycan Partiyasını bölmələri məmurlardan ibarət olmasın. Təbii, bu mənim təklifimdir, mən hakim partiyanın işlərinə qarışa bilmərəm, ancaq kənardan görünən odur. Yox vəziyyət eyni qalsa, məmurların üzərində ictimai nəzarəti həyata keçirmək mümkün olmayacaq. Bir qayda olsaydı ki, YAP-ın rayon şöbələri siyasi-ideoloji funksiya yerinə yetirsin, o cümlədən həmin rayonda çalışan məmurların üzərində ictimai nəzarət funksiyasını həyata keçirsin, bu, ölkə başçısına bölgələrdəki vəziyyətlə bağlı alternativ baxış sunardı. Yəni prezident rayonlarda nə baş verdiyini təkcə məmurlardan öyrənməzdi, həm də yerlərdə rəhbərlik etdiyi partiyanın şöbələrindən məlumat alardı. Alternativ informasiya olardı, bu mühim məsələdir. Eyni zamanda insanlar da bilərdilər ki, məmurlardan şikayətləri olanda rayon partiya şöbəsinə gedə bilərlər. Onların bu şikayətlərinə reaksiya olsa, bu, partiyanın nüfuzunu daha da qaldırar. Ancaq bunun üçün rayon şöbələri dövlət məmurlarından ibarət olmalı deyil. Həm icra hakimiyyətində vəzifə tutub, həm partiyada rəhbərlik eləməklə sistemdə qarışıqlıq olur. Nəticədə partiya dövlət məmurlarına rəhbərlik edə bilmir.
- Hazırda gedən prosesin sadəcə kampaniya olduğunu deyənlər var. Sizcə, bu kampaniyadır, yoxsa ümumi bir siyasət?
- Hesab edirəm ki, ciddi bir prosesdir. Ona görə ki, burada bir neçə vacib addımlar bir-birini tamamlayır. Əgər prezident hədəf kimi iqtisadiyyatda şəffaflığın yaranmasını, inhisarçılığa, korrupsiyaya son qoymağı göstərirsə, deməli məsələ ciddidir. Çünki əvvəldə də qeyd etdiyim kimi, təmiz sistemdə çalışma təcrübəsinə sahib olan adamlardan ibarət komanda yaranır. Buna əməl etməyənlər həbs olunur. Sadəcə olaraq insanlardakı inamsızlıq onunla bağlıdır ki, hələ bu yolun az hissəsini keçmişik.Təkcə mənim ailəmdə sosial-iqtisadi modeli qurmaq üçün ən azı 5-10 il vaxt lazımdır. Bu böyük işdir. Bu prosesin nə qədər dərinə getdiyini gördükcə insanlarda inam yaranacaq.
Sayad Həsənli
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir