"Əbülfəs yavaşca qulağıma dedi ki..." - Müğənnidən nazirin çıxarılmasına reaksiya
21-05-2020 [15:23]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov vəzifədən azad olunan şəxsin dalınca danışmağı özünə ayıb bildiyini deyib:
“Mənim əzəldən bir xasiyyətim var, heç vaxt dövlət işindən uzaqlaşdırılan adamların arxasınca danışmamışam. Bunu özümə sığışdırmamışam, ayıb bilmişəm. Vəzifədə olanda mən Əbülfəslə bağlı öz sözümü demişdim. Demişdim ki, 12 ildən çoxdur mənə fəxri ad vermir, nəyə görə vermirsən? O işi mən özünə demişdim, indi çıxandan sonra nə isə deməyi, açığı özümə sığışdıra bilmirəm. Bunu Prezidentimiz bilər ki, kim o vəzifəyə layiq idi, kim yox. Onun nə günahı var, nəyi var nəyi yoxdur, o haqda bir söz deyə bilmərəm. Amma sizə bir epizod danışacağam, vaxtilə baş verən hadisədir".
Əməkdar artist daha sonra 2007-ci ildə baş vermiş bir hadisəni xatırlayıb: “Mənə Əməkdar artist fəxri adı veriləndə, muzeydə bütün fəxri ad alanlar yığışmışdı. Həmin gün bizə vəsiqəmiz veriləcəkdi, Əbülfəs bəy də şəxsən özü bizə vəsiqəni təqdim edirdi. Adlar çəkildikcə yığışanlar əl çalırdı, mənim adım çəkiləndə sürəkli alqış sədaları ucaldı. Onda Əbülfəs yavaşca qulağıma dedi ki, “görürsən, səni nə qədər çox istəyirlər? Sən bu adı çoxdan almalı idin”. Mən də eyni tonda. Yavaşca ona dedim ki, “Əbülfəs bəy, verəydiniz də”. Onda o, tutuldu. Əgər mən çoxdan bu ada layiq idimsə, verəydiniz. Bunu bugünə qədər heç bir yerdə danışmamışam. Bundan başqa onun haqqında bir şey deməyəcəm, Allah onun işlərini avand eləsin, başından bu bəlaları uzaqlaşdırsın. Hər kəs öz haqqını sonradan alır.
Mən 14 ildir Əməkdar artistəm özü də mənim gördüyüm işlər, etdiyim konsertlər hamıya bəllidir. Əbülfəsin dövründə Respublika sarayı, H.Əliyev sarayı, Filarmoniya, Yaşıl teatr və.s mənim konsertlərimin hesabına gəlir əldə edirdilər, o gəlirdən mən bir manat götürmürdüm, kimlər aralarında bölüşürdü halal xoşları olsun , amma mən bu ada indiyə qədər layiq görülmədimsə səbəb nə idi? Səbəbi də özləri araşdırsın, Allah özü bilər. İndi bundan sonra olsam da, olmasam da mən heç nə deyə bilmərəm”.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb