İlham Əliyev 49, Cəmil Həsənli 24 – İlkin nəticə (Exit-poll)

img

09-10-2013 [13:52]


«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi tərəfindən təşkil edilmiş c tədqiqatının ilkin nəticələri açıqlanıb. 

Birlikdən mia.az göndərilən press-relizdə bildirilir kii, 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində müstəqil "Exit-poll” tədqiqatı aparılıb.

Regionlar üzrə «Exit-poll»un nəticələri saat 12.00 üçün aşağıdakı kimidir:

Exit-poll tədqiqatının nəticələrinə görə: 
İqbal Ağazadə - 7 %

İlham Əliyev - 49 %

Araz Əlizadə - 0 %

Hafiz Hacıyev - 0 %

Qüdrət Həsənquliyev - 2 %

Cəmil Həsənli – 24 %

İlyas İsmayılov - 1 %

Fərəc Quliyev - 0 %

Sərdar Məmmədov - 1 %

Zahid Oruc - 2 %

Exit-poll tədqiqatından imtina edənlər isə 14 % olub. Respondentlərin ən kiçiyinin 19, ən böyüyünün isə 80 yaşı olmasını nəzərə alaraq orta yaş həddi 49 hesablanıb.

Sorğuda iştirak edənlərin 1,5% ibtidai təhsilli, 7% natamam orta, 43,5% orta, 12,5% orta ixtisas, 6,5% natamam ali və 29% ali təhsilli respondentlər təşkil edib.

Respondentlərin 81,5% 2008-ci il prezident seçkilərində iştirak etdiyini, 9,5% iştirak etmədiyini bildirib. 4,5% isə ötənilki seçkilərdə yaşının çatmadığını, 4,5% seçkidə iştirakı xatırlamadıqlarını bildirib.

Seçki günü verdikləri səslərin düzgün hesablanmasına respondentlərin 59% inandığını, 17,5% inanmadığını, 23% isə dəqiq deyə bilməyəcəyini qeyd edib.

«Seçdiyiniz namizədə səs vermək qərarına nə vaxt gəlmisiniz» sualına 53% onun namizədliyini irəli sürməsi barədə bilən kimi, 24,5% seçkiqabağı kampaniya zamanı, 10,5% son həftə ərzində, 5% dünən, 7,5% bu gun seçki məntəqəsində cavablarını veriblər.

Respondentlərin 10% namizədin həmyerlisi olduğuna görə, 33% siyasi platformasına görə, 11% həmişə eyni namizədə səs verdiyinə görə, 8,5% eyni partiyanın namizədi olduğu üçün, 31,5% namizədin işgüzar və təcrübəli olmasına görə, 6% başqa səbəblərə görə səs veriblər.

Respondentlər arasında dövlət işçisi 22%, özəl sektor işçisi 26%, tələbə 7%, hərbçi 0,5%, təqaüdçü 7%, işsiz 15%, evdar qadın 9%, fərdi təsərrüfatçı 3,5% təşkil edib.

«Exit-poll» tədqiqatlarının nəticələrinə görə seçici aktivliyi 18% təşkil edib və seçicilərin seçki məntəqələrinə gəlməsi üçün inzibati resurslardan geniş istifadə edilib.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi "Exit-poll” keçirmək məqsədilə qeydiyyata alınmaq üçün sənədləri qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etsə də, MSK təşkilatı qeydə almaqdan imtina edib. Təşkilat Apellyasiya və Ali Məhkəməyə şikayət etsə də MSK-nın qərarı qüvvədə qalıb. Buna baxmayaraq, nəzərdə tutulan məntəqələrdə "exit-poll” tədqiqatı aparılır. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer iştirak edir və "Exit-poll” sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçirilir. "Exit-poll”un nəticələri hər 2 saatdan bir ictimaiyyətə açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA