"Əli Həsənova dair faktlar təsdiqini taparsa..." - Ekspert sabiq komitə sədrinin həbs oluna biləcəyi ehtimalını qabartdı
15-05-2020 [12:14]
Prezident İlham Əliyev "Qaçqınkom”un sabiq rəhbərinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirib.
Xatırladaq ki, prezident bu sözləri mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək və bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır: "Həm Dövlətqaçqınkom və eyni zamanda yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.
Prezidentin çıxışında yer alan bu faktların hər biri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun "fəaliyyət” dövrünə aiddir. İllərdir ki, onun imza atdığı korrupsiya faktları, mənzillərin paylanılması zamanı yeyintiyə yol verilməsi, məcburi köçkünlərdən pul alınması kimi hallar mətbuatda işıqlandırılırdı. Bu sahədəki problemin dövlət rəhbərliyi səviyyəsində açıqlanması həm də Əli Həsənovun ciddi hüquqi məsuliyyət qarşısında qaldığını göstərir.
Mia.az-ın məlumatına görə, iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov "Yeni Müsavat”a açıqlamasında deyib ki, bütün faktlar nəzərə alınsa, Əli Həsənov məsuliyyətə cəlb edilə bilər:

"Əgər qeyd olunan faktlar konkret şəxsə - Əli Həsənova dair öz təsdiqini taparsa, külli miqdarda dövlət əmlakının mənimsənilməsindən və korrupsiyadan söhbət gedir. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmə, xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə kimi bir neçə cinayət əməli üzrə iş açıla bilər və onun cəzası da yüksək olacaq. Bunun nəticəsi ən azı üst-üstə 15 illik həbs cəzası ola bilər. Onu da nəzərə almaq lazımdır ki, burada zərərçəkən təkcə dövlət də deyil, həm də vətəndaşlardır. Bir var ki, dövlət əmlakını mənimsəyərkən ancaq dövlət zərər çəksin, bir də var ki, həm dövlət, həm də vətəndaşlar ziyan çəkir. Zərərçəkən qismində vətəndaşlar da çıxış edir. Dövlət vətəndaşlar üçün çox işlər görüb, ancaq bəzi məqamlarda vəsaitlər ünvanına çatmayıb. Bu mənada Əli Həsənov həbs edilə də bilər”.
Ə.Həsənov onu da vurğuladı ki, dövlət məmurunun əlinə bu qədər vəsait keçəndə və nəzarət olmayanda orada mənimsəmək üçün geniş imkan olur: "Digər məqam isə odur ki, burada təkcə hüquq yox, mənəviyyat məsələsi də var. Heç bir korrupsiyaya haqq qazandırmıram, amma burada həm də mövzu qaçqınlarla bağlıdır. Necə şərh etsək də, burada böyük cinayətdən söhbət gedir”.
İqtisadçı ekspert Pərviz Heydərov da problemlərin və korrupsiya hallarının əsas səbəbi kimi dövlət vəsaitlərinin xərclənməsinə nəzarət mexanizminin olmamasını dilə gətirdi: "Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət çox işlər görür. Mənzil təminatından tutmuş digər sosial problemlərin həll olunmasına qədər... Dövlət büdcəsindən və Neft Fondundan bu məqsədlə külli miqdarda vəsaitlər ayrılır. Neft Fondundan birbaşa olaraq, əhalinin bu və ya digər sosial problemlərinin həlli məqsədilə deyil, məhz qaçqın və məcburi köçkünlərlə əlaqədar birbaşa olaraq vəsait daha çox ayrılır. Əhalinin qalan təbəqəsinin problemlərinin həll olunması üçün dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu vəsaitlərin təyinatına uyğun xərclənməsi, məqsədə müvafiq xərclənməsi hər zaman aktual xarakter daşıyıb. Ancaq bu vəsaitlərin xərclənməsinə yetərli nəzarət mexanizminin olmadığı illər öncədən müzakirə edilirdi. Hökumətin bu sahəyə külli miqdarda vəsait ayırması baxımından, həmin maliyyə vəsaitlərinin təyinatına uyğun düzgün xərclənməsinə müvafiq mexanizmin nə qədər təkmil xarakter daşıdığı həmişə sual altında idi”.
İqtisadçının sözlərinə görə, prezidentin çıxışında bundan sonrakı dövr üçün ciddi siqnallar var: "Əli Həsənovun dövründən indiyə qədər problemin əsas səbəbi məhz budur. Qaçqın və məcburi köçkünlərə ayrılan təkcə mənzillər yox, sosial ehtiyaclarının ödənilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinə müvafiq nəzarət qənaətbəxşdirmi? Bu mexanizm kifayət qədər təkmil deyildi. Bu ilk dəfə dövlət başçısı səviyyəsində etiraf olundu. Bu ciddi bir siqnaldır və bilavasitə çağırışdır ki, dövlət vəsaitlərinin və Neft Fondu pullarının xərclənməsinə nəzarət kökündən dəyişdirilsin, bu sahəyə daha təkmil nəzarət olunsun”.
Qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Cari ilin 31 mart tarixinə olan statistikaya görə, bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün fonddan ümumilikdə 2 milyard 563,6 milyon manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb. Nəticədə qaçqın və məcburi köçkünlər üçün 75 qəsəbə salınıb, 288 bina tikilib ki, onlarda mənzil sayı 37 397 olub. Həmçinin bu qəsəbələrdə 86 məktəb, 5 xəstəxana, 67 uşaq bağçası tikilib. Lakin dövlət başçısının da qeyd etdiyi kimi, bütün bu layihələrin həm tikilməsində, həm də paylanmasında sui-istifadə və yeyinti hallarına yol verilib. Daha yaxşısı bu olardı ki, 37 mindən çox mənzildə kimlərin məskunlaşması ilə bağlı yenidən araşdırma aparıb, saxta qaçqınları ortaya çıxarmaqla evlər əsl sahiblərinə təqdim olunsun.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir