Məsuliyyətini unudan 26 ilin naziri... - Əbülfəs Qarayevin istefası gündəmdə
10-05-2020 [12:37]
26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən nazirin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir...
Azərbaycanın uzunömürlü nazirləri çox idi. İndi o siyahıda qalan azsaylı nazirlərdən biri də Əbülfəs Qarayevdir.
Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tutur. Göründüyü kimi, Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliklərdə dəyişməyən bir “M” hərfi-yəni mədəniyyət sahəsidir. Əbülfəs Qarayev “dövlət tərbiyəsi” görmüş məmurlardandır. Yəni vəzifəyə bərkə-boşa çıxaraq gəlib. Əmək fəaliyyətinə Saatlı rayonundakı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb, sonralar Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələrdə çalışıb. Nazir stajı az qala müstəqilliyimizlə yaşıddır...
26 ildir nazir işləyən Əbülfəs Qarayev haqda mediada sərt tənqidi yazıları, şəxsən mən xatırlamıram. Mədəniyyət ölkənin vacib və spesifik sahəsi olsa da, Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi bu ada olan hörməti ictimai davranışları ilə qorumağa çalışıb. Bəlkə də tənqidçi media zamanında həm də tanınmış korifey əmisinə görə onun üzərinə çox getməyib. Hər halda, nazirin uzun ömürlü olmasının səbəblərindən biri də ola bilsin, medianın məsuliyyətidir ki, mədəniyyət nazirinin rəhbərlik etdiyi strukturlara zamanında lazımı diqqət yetirməyib. Yoxsa iş bəlkə də DTX əməliyyatına qədər uzanmaya da bilərdi.
Dövlət başçısı bu gün nazirlikdə tutulan iki nəfərin işdən çıxarılması barədə sərəncam imzalayıb. Məhkəmə isə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Nazirin gözlənilən reaksiyası da bir neçə saat əvvəl yayılıb...
Nazirin Mədəniyyət Nazirliyindəki həbslərə reaksiyasına doğrusu, təəccüblənmədim. Nazir DTX-nın həbsləri haqda deyib ki, bir dövlət orqanı başqa bir qurumda əməliyyat keçirib: “Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.
“Hüquqi dövlət, neqativ, aydınlaşma...”
Nazir bu xatırlatmalarda hüququ baxımdan tam haqlıdır, amma Əbülfəs Qarayev ən vacib olanı unudub. Məsuliyyəti! Hüquqi məsuliyyəti demirəm, mənəvi məsuliyyəti yada salıram...
Əbülfəs Qarayevin qısa açıqlaması vizual olmayıb, bu səbəbdən reaksiyasını görməsək belə, onun son 48 saatda hansı hislər keçirdiyini bilmək o qədər də çətin deyil. Əgər rəhbərlik etdiyi quruma Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib ən yaxınındakı adamları korrupsiya ittihamı ilə kabinetlərində həbs edirsə, papağını qarşına qoyub fikirləşməlisən. Amma bəlkə də fikirləşməkdən də artıq keçib, qərar qarşına qoya biləcəyin ağ vərəq və qələmdədir bəlkə də...
Əgər nazir hüquqi dövlət deyirsə, dərhal istefa vermək də hüquqi və mənəvi baxımdan ən doğru qərar deyilmi? “Mən Qarayev Əbülfəs, xahiş edirəm ki...” Bunları yazmaq çətin iş sayılmaz, yəqin ki, bunca zaman nazir işlədikdən və baş verənlərdən sonra həm də... Vaxtında həm də alnıaçıq getmək nazir və ya fəhlə olmağından asılı olmayaraq, hamıya yaraşan seçimdir. Əbülfəs Qarayev ona yaraşanı seçəcək, əlbəttə ki..
26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir. Bu, fəxri ad almaq üçün adlarını siyahıya düşməyən adamların etirazı deyil axı. Böyük bir nazirlikdə təşkilatlanmış korrupsiya şəbəkəsinin DTX səviyyəsində ifşasıdır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov milyon dollara “Torqovı” da obyekt alır, nazirin bundan xəbəri olmursa, müavin Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rəhbərlərinə rüşvət alıb təyin edirsə və nazirin bundan da xəbəri olmursa...yenə istefaya getmək gərəkdir. Çünki bunları nəzarətdən yayınaraq ediblər, naziri işə həm də işçilərinə nəzarət üçün təyin edirlər...
Əbülfəs Qarayev ən azı istintaq dövrünədək vəzifədən çəkilməli, baş verənlərlə bağlı deyəcəkləri varsa, deməlidir. Cəmiyyətə deyə biləcəyi isə istefaya getməsidir.
Əbülfəs Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Əbülfəs Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı. Əbülfəs Qarayev isə bundan sonra lap “kölgəyə çəkildi”.
Görünür, bunu fürsət bilən yaxın ətrafındakı adamlar isə rüşvətə o qədər “qaz” veriblər ki, səsi ta DTX-yadək gedib çıxıb.
Əbülfəs Qarayevin 26 illik karyerasının bu cür sonluğuna görə təəssüflənməmək olmur... /Musavat.com
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL