03-10-2013 [14:55]
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli idmançı karyerasını başa vurub. Virtualaz.org xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərov məlumat verilib.
Federasiya rəsmisi 25 yaşlı məşhur idmançının yaxın günlərdə təmsil olunduğu federasiyada vəzifəyə təyin olunacağını da vurğulayıb.
Elnur Məmmədli özü isə federasiya rəsmisinin dediklərini təkzib edib (apasport.az): "Bu haqda yayılan məlumatlar düz deyil. Artıq qərar verməyimlə bağlı deyilənlərin hamısı yalandır. Aldığım zədələrdən əziyyət çəkirəm. Bu, mənə məşqlərimi davam etdirməyə imkan vermir. Bu üzdən də çıxışlarımı müvəqqəti dayandırmışam. Zədələrin müalicəsi ilə məşğulam. Yekun qərarım da müalicənin nəticəsindən asılı olacaq. Ola bilsin ki, bir aydan sonra hər şeyə aydınlıq gəlsin. Onda ya karyeramı bitirəcəm, ya da uğurlarımla xalqımızı sevindirməyə davam edəcəm”.
Qeyd edək ki, istedadlı idmançı 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarında parlaq nəticə göstərərək qızıl medal qazanıb. Çinin paytaxtında Məmmədli bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək ölkəmizə olimpiya çempionu kimi dönmüşdü.
Təəssüf ki, 20 yaşında böyük nailiyyət qazanan Elnurun uğurunun davamı gəlmədi. Pekindəki qələbəsindən sonra böyük məbləğdə mükafatlar, hədiyyələr alan idmançı son 5 ildə ciddi uğur qazana bilməyib. Ötən il keçirilən olimpiadada cüdoçu ilk görüşdəcə uduzaraq mübarizəni dayandırmışdı.
Elnurun olimpiya çempionu olduqdan sonra nüfuzlu yarıışlarda uğur qazana bilməməsini onun ulduz xəstəliyinə tutulması ilə əlaqələndirənlər də var. Başgicəlləndirici mükafatlar, dəbdəbəli həyat tərzi idmançının karyerasında eniş mərhələsinin başlanğıcı sayılır. Olimpiya oyunlarında uğur qazanan idmançılara ağlagəlməz mükafatlar verilməsi, bu səbəbdən də onların çoxunun sonradan uğur qazana bilməmələri hətta Milli Məclisdə də müzakirə olunmuşdu.
Elnur Məmmədlinin Pekində medal qazandıqdan sonra "QAİ”də zabit kimi işlə təmin olunduğunu, tez-tez müğənnilərin və şou əhlənin əhatəsində görsənməsini də yada salsaq, idmançının 25 yaşında karyerasını başa vurmasına təəccüblənməyə dəyməz...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi