"Azərbaycanda xarici borclanmaya və devalvasiyaya getmədən..." - Vüsal Qasımlı
22-04-2020 [10:08]
Beynəlxalq Valyuta Fondunun(BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3%, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9% azalacağı halda, Azərbaycan iqtisadiyyatı 2,2% kiçiləcək.
Mia.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlükdədir: “Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, sadəcə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürdü və makroiqtisadi sabitliyi qorudu. Yeri gəlmişkən, pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb".
Vüsal Qasımlı deyib ki, pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq: “Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir.”
Hazırda dünyadakı suveren fondlara təsirlərin üç istiqamətdə olduğunu deyən V. Qasımlının fikrincə, aşağı neft qiymətləri suveren fondların gəlirlərini azaldır, qiymətli kağızlar bazarında 20-25%-lik eniş aktivləri dəyərsizləşdirir və pandemiya ilə mübarizədə suveren fondların xərcləri artıb: “JPMorgan-ın hesablamarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon ABŞ dolları dəyərində kapital itkisinə məruz qalıb. Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard ABŞ dolları azalacağı proqnozlaşdırılır. Dünyanın ən iri suveren fondu – Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard ABŞ dolları, başqa sözlə, Azərbaycanın Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyəri itirib. Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Fondun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olub. Fondun investisiya portfelinin 80%-dən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən, qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda Fondun investisiya portfelinin 66%-nin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin bu ilin əvvəlindən 8,5% bahalaşması aktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Fondun vəsaitlərinin 22,8%-nin saxlandığı avronun da real effektiv məzənnəsi bu ilin əvvəlindən 3% artıb”.
Onun sözlərinə görə, Fondun istiqrazlar və pul bazarı alətlərinin 37,8%-nin yerləşdirilmə müddətinin 1 ilə qədər olması, imkan verir ki, likvidlik ehtiyacları qısa zamanda ödənilsin: “İstənilən halda, Azərbaycanda xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılması, post-pandemiya dövründə iqtisadi bərpa prosesinə müsbət təsir edəcək".
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz