"Qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər..." - Ekspert "Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq” deyir
21-04-2020 [15:49]
“Hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir. Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsi ilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlanıb. Yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək”.
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, görünən odur ki, 2009 və 2015 böhranlarının nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çalxalanmaların qısa müddətli - maksimum 3-5 ay olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib.
İqtisadçıya görə, real baş verənlər isə artıq göstərir ki, qlobal iqtisadiyyat enmə və durğunluq daha uzun müddət davam edəcək.
“Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər” - deyə iqtisadçı vurğulayıb.
R. Ağayev hesab edir ki, hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır: “Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq”.
Hökumət bu planı hazırlayarkən nə edə bilər?
Rövşən Ağayev təklif edir ki, ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət - həkimlər də daxil müətəxəssislərin də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks etdirən bir sənəd hazırlamalıdır: “Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır.
Həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır.
Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq statisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır. Nəhayət, dövlət zəmanəti ilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır.
Ən vacibi, dövlətdən pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır. Buna şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi demək mümkündür”.
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz