Generallara həbsxanada lüks şəraiti kim və niyə yaradıbmış? - Prokurorluğun sabiq əməkdaşı elə şeylər açdı ki...
15-04-2020 [13:04]
Azərbaycanın ən yeni tarixində vaxtilə hüquq-mühafizə orqanlarında yüksək məqam sahibləri olmuş, “qılıncının dalı da, qabağı da kəsən”, sonradan isə həbsxana divarları arasında ömür keçirməyə məhkum olan şəxslər var ki, onların keçdiyi “həyat yolu” hər kəs üçün maraqlıdır. Bu sıraya, Hacı Məmmədov başda olmaqla, bir çoxlarını aid etmək olar.
Həmin şəxslər arasında “MTN işi”nin əsas personajlarından biri, 2015-ci ildə həbs olunan və 2017-ci ildə məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən, bir neçə gün öncə isə əfv olunan general Akif Çovdarov və digər general, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev də var...
11 aprel sayımızda da qeyd etdiyimiz kimi, son günlər YAP-ın ən parlaq simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı bu iki generalla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılar marağa səbəb olub. Həmin yazılarda xüsusilə həbsxanada Akif Çovdarov üçün yaradılan şəraitə, eləcə də sözügedən generalların şəxsi keyfiyyətlərinə, Eldar Mahmudovla münasibətlərinə, həmçinin onların həbs səbəblərinə dair maraqlı məqamlar var.
“Rəisin kabinetini belə kölgədə qoyacaq lüks nömrə...”

Keçmiş müstəntiqin yazdıqlarından belə aydın olur ki, R.Səfərov il yarım Çovdarovla eyni həbsxanada, özünün ifadə etdiyi kimi, “9-cu zon”da saxlanılıb. Və MTN generalı həbsxana addım qoyduğu ilk gündən xüsusi imtiyazlarla və şəraitlə əhatə olunub:
“...Və budur, günün birində "zon"da ildırım sürəti ilə xəbər yayılır ki, Çovdarov və iki sabiq əməkdaşı - polkovnik Səlim Məmmədov və mayor Orxan Osmanov "voronok" dan düşdülər, böyük hörmət-izzətlə inzibati binaya - rəisin yanına qaldırıldılar.
Bəli, Akif Çovdarov "zon" a daxil olarkən, heç şübhəsiz, 14 günlük karantin müddətini keçmədən müvəqqəti olaraq tibbi-sanitariya hissəsinin baş həkiminin xidməti kabineti ilə üzbəüz otaqda yerləşdirildi.
8-9 gün ərzində nəinki baş həkimin, hətta "zon"un rəisinin kabinetini belə kölgədə qoyacaq lüks nömrə Çovdarovun sərəncamında idi: 109 ekran televizorla, “Samsung” soyuducu ilə, split kondisionerlə, zövqlü və rahat çarpayıları ilə, cakkuzi vannası olan hamam otağı ilə, həm “Genuya tualeti”, həm də ayaqyolu çanağı olan sanitar qovşağı ilə birlikdə...”
Elçin Quliyevin “babası” – Akif Çovdarov
R.Səfərov yazısında qeyd edir ki, onu Akif Çovdarovla “MTN işi”nin əsas fiqurantlarından biri olan və Çovdarovdan əvvəl həmin həbsxanaya yerləşdirilən general-mayor Elçin Quliyev tanış edib:
“Çox keçmədi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları və dustaqları Çovdarova "Akif baba" deyə müraciət etməyə başladılar. Dustaqları olmasa da, xidmət edən ədliyyə işçilərini başa düşmək olardı, çünki bəzi hallarda, xüsusilə, bayram günlərində 1 paçka 50-lik "şnır"a verilərdi ki, "baba payı"nı rütbəli və rütbəsiz əməkdaşlara paylasın.
Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:

- Rüfət, baba ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...
Fəqət yəqin bilirdim ki, general Quliyev cəfəng danışır, sadəcə, babası göstəriş verib ki, bizi tanış etsin. Şübhəsiz ki, fürsəti fövtə verə bilməzdim. Azərbaycanın altını-üstünü bilən biri ilə ünsiyyətdən yayınmaq gicbəsərlik əlaməti olardı, odur ki, razılaşdım:
- Məmnuniyyətlə, Elçin müəllim.
Təxminən 30 dəqiqə sonra Çovdarovun "şnır"ı kitabxanaya daxil olub, generalların gözlədiyini bildirdi...
Yaxınlaşdım:
- Salam, Akif müəllim.
- Nə var, nə yox, kişi bala? - Çovdarov yekəxana bir tərzdə sual etdi və açığı, biri yuxarı, biri də nisbətən aşağı baxan yamyaşıl gözləri məni diksindirdi.
- Şükür, Akif müəllim. Siz necəsiniz? - deyə növbətçi sualı verdim, çünki aydın görünürdü ki, yıpranıb.
- Belə də... Atan necədir? Yanına gəlib-gedirmi? Onun xidmətləri çox olub. Bu da axırı...
- Atamın səhhəti yaxşı olmasa da, ayda 2 dəfə görüşə bilirik. Qanun belə imkan verir.
- Nəəə? Qanun? - deyə sual verdi, istehzalı formada gülümsədi.
Bu əsnada Elçin Quliyev də dişlərini ağardıb, dodağını qaçırtdı. Elə bil, qarşımdakılar bu xalqın düşmənləri yox, hüquq, qanun, ədalət uğrunda illərlə savaş verib, məhbəsə düşmüşdülər...”
Generalların həbslərinə görə günahkar saydıqları məmurlar...
R.Səfərovun yazdığına görə, həbsxanada E.Quliyevə “Şrek” ləqəbi qoyubmuşlar: “Dustaqlar general Quliyevə "Şrek" ləqəbi qoymuşdular. Diş həkiminin səriştəsizliyi nəticəsində dişləri elə formada qoyulmuşdu ki, güləndə ağzının qabaq dişləri çox irəli çıxırdı...”
Sabiq müstəntiq yazısında “Şrek”-in və Çovdarovun öz həbslərinə görə kimləri günahlandırdığına dair maraqlı epizodlar da yer alıb. Məsələn, yazının R.Səfərovun generallarla söhbətlərindən birini əks etdirən hissəsində Elçin Qyuliyevin söylədiklərinə yer verilir:
“...İki övladım və həyat yoldaşımın dolanışığı bərbaddır. Qalmışam çarəsiz. Bu qədər xidmətdən sonra məni 10 il 6 ay ilə cəzalandırdılar. Bu işdə ölkə rəhbərliyinin heç bir rolu yoxdur.
- Elçin müəllim, bəs sizi bura kim göndərib?
- ... (Elçin Quliyevin bu yerdə iki nəfər barəsində təhqiramiz ifadə işlətdiyi qeyd olunur- AzPol.)
- Anlamadım.
- ... Bir zamanlar Sabiroğlunun adını yox, 2-ci ləqəbini çəkərək tənqid etdiyidir: Prezident Aparatının...(Əli Həsənov nəzərdə tutularaq təhqiramiz bir bənzətmə aparılır-AzPol.). Yadındamı, Sabiroğlu "Yeni Müsavat" a 10-15 il əvvəl serial müsahibələr vermişdi? Onun ad və soyadını açıq ifadə etməsə də, bilirdik ki, söhbət kimdən gedir. (Daha bir təhqiramiz ifadə işlədilir-AzPol.) ..... də atanın barəsində serial siyasi hekayə yazdığı qocadır.
- Siz Ramiz Mehdiyevi nəzərdə tutursunuz?...
- Nə fərqi var... (təhqiramiz tərzdə təsdiqləyir-AzPol.) Çovdarov bu arada əllərini arxasında çarpazlayıb, ağır-ağır yeriyirdi. Arada ona baxdım: avtobus sürücüləri kimi növbəti yandırdığı siqareti ağzında saxlayıb çəkirdi, kül yaxasına tökülürdü, tüstü gözlərinin qıyılmasına səbəb olsa da elə bil əllərini arxasından dodaqlarına sarı gətirməyə ərinirdi. O, "Şrek" lə söhbətimizə qəti müdaxilə etmirdi...”
Yazının bu hissəsindən belə aydın olur ki, Akif Çovdarovla Elçin Quliyev öz həbslərində Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevi və şöbə müdiri Əli Həsənovu günahkar sayırlar.
“Piyaniska” kimdir?
Daha sonra Rüfət Səfərov sabiq MTN generallarının Eldar Mahmudova olan münasibətini ortaya qoyan dialoqu xatırlayır. Həmin söhbətdən belə məlum olur ki, genarallar “piyaniska” adlandırdıqları Eldar Mahmudovun güdazına getmələrindən şikayətləniblər: “Görünür, bilmədiyim xüsusatlar var, deyə, içimdə öz-özümə sual verdim: bu, o həddə səfehdir ki, siyasi motivlərlə həbs həyatı yaşayan bəndənizlə açıq tekstlə danışıb, bu və ya digər məxfi mətləblərin üzərindən sirr pərdəsini qaldırır? Özümə qeyri-iradi cavabım da oldu: uzun illər Respublikanın Antiterror Mərkəzinin rəisi kimi ən mühüm və yüksək iradə tələb edən vəzifənin daşıyıcısı olan general-mayor həbsə düşdükdən sonra miskin iradəsizlik nümayiş etdirib, bir neçə dəfə intihara cəhd edibsə, hətta ayaq damarlarını doğrayıbsa, demək ki, səfehləyib. Amma qarşıda görəcəksiniz ki, "baba"sı da xərifləyibmiş: məni özlərinə qarşı səmimi biri kimi dəyərləndirərkən...
- (Ramiz Mehdiyevlə Əli Həsənovu nəzərədə tutan ifadələr-AzPol.) heç zaman bizim işimizi qiymətləndirmədilər. Daim rəhbərin yanında bizi və zibilinə düşdüyümüz "piyaniska"nı vurmağa çalışdılar.

- Müəllim, "piyaniska" dediyiniz kimdir? - deyə söhbətin kimdən getdiyini bilsəm də, artıq sual verdim.
Bu zaman Çovdarovun səbr kasası daşdı.
- Əəə, sən də danışırsan, normal, düz-əməlli danış da! Yoxsa, elə bilirsən ki, əvvəlki zaman bərpa olunacaq. Bir bu uşağın üzunə bax. Gör necə nurani, səmimi uşaqdır... Həm də dədəsinin haqqında eşitmişik, bilirik: ot kökü üstə bitər, - deyə son dərəcə kobud, burada yaza bilməyəcəyim vulqar ifadə ilə "Şrek"i pərt elədi.
- Eldar müəllimdən söhbət gedir də, baba! - deyib, az öncəki aşağılayıcı formada etdiyi təqdimatı "müəllim"lə əvəzlədi...”
Göründüyü kimi, sabiq müstəntiqin yazdıqlarından belə nəticə çıxır ki, bir vaxtlar ölkədə “meydan sulayan” generallar nəinki özlərinin, hətta “piyaniska” adlandırdıqları sabiq MTN “şefi” Eldar Mahmudovun belə “vurulmasında” Ramiz Mehdiyevlə Əli Həsənovun xüsusi rol oynadıqları fikrindədirlər...
Cəlal MƏMMƏDOV
“AzPolitika.info”
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO