BMT-dən koronavirusla bağlı dünyaya müraciət: "Ən pis ssenariyə hazır olmalı və..."
03-04-2020 [14:07]
"Yalnız səyləri bir araya gətirməklə dünya xalqları COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklər".
Mia.az xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş COVİD-19-la bağlı yazdığı məqaləsində bildirib.
O deyib ki, ötən cümə axşamı fövqəladəvirtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar: "Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq. İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100,000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu; tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlərolmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək".
Baş katib yazır ki, ən pis ssenariyə hazır olmalı və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik: "Elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətə çağırışı sizinlə bölüşmək istəyirəm. Birincisi, koronavirusun ötürülməsini dayandırın. Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.
Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir; xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.
İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq. Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər.
Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq. BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib.
Qlobal Ümumi Daxili Məhsulun ikirəqəmli faizinə bərabər müfəssəl cavab tədbilərinə ehtiyac var. İnkişaf etmiş ölkələr bunu özləri edə bilər və bəzilərihəqiqətən də edirlər. Eyni zamanda xüsusi borc hüquqlarının verilməsi yolu ilə biz BVF-in imkanlarını genişləndirməli, habelə resurslarını ehtiyacı olanölkələrə sürətlə yatıra bilməsi üçün digər beynəlxalq maliyyə qurumlarının imkanlarını ciddi şəkildə artırmalıyıq. Bilirəm ki, bu çətindir, çünki ölkələr hazırda daxili xərclərini rekord səviyyədəartırmaqdadırlar. Virusa nəzarət etməsək, çəkdiyimizxərclərin bir faydası olmayacaq. Mərkəzi banklar arasında aktivlərin razılaşdırılmışmübadiləsi də inkişaf etməkdə olan ölkələrə likvidlik imkanı aça bilər. Borcların azaldılması da prioritet olmalı, o cümlədən 2020-ci il üçün faizlərdən dərhal imtina edilməlidir.
Üçüncüsü, effektli bərpa prosesini keçirin. Böhrana qarşı aciz qalan cəmiyyətlərimizlə COVID-19-dan əvvəl olduğumuz nöqtəyə qayıda bilmərik. Pandemiya, ən sərt şəkildə, səhiyyə sistemlərində, sosial müdafiə və ictimai xidmətlər sahəsində boşluqlara görə ödədiyimiz qiyməti xatırlatdı. Formaliqtisadiyyatın gözə görünməyən və ödənilməyən əmək fonunda dayanmasını təmin edən bərabərsizliyi, ələlxüsus gender bərabərsizliyini bariz şəkildə nümayiş etdirdi. Mövcud vəziyyət qadınlara qarşı stiqma və zorakılıq da daxil olmaqla davam edən insan haqları problemlərinə bir daha işıq saldı. Bu gün pandemiya, iqlim dəyişikliyi və digər qlobal problemlər qarşısında daha dayanıqlı, daha inklüziv və güclü iqtisadiyyat və cəmiyyət qurmaq səylərimiziikiqat artırmağın vaxtıdır. Bərpa prosesi fərqli bir iqtisadiyyata yol açmalıdır.
2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri yol xəritəmiz olaraq qalır. Ölkələrin cavab tədbirlərini dəstəkləməklə, tədarük zəncirlərimizi dünyanın ixtiyarına verməklə və qlobal atəşkəsi təşviq etməklə Birləşmiş Millətlər Təşkilatı sistemi bütövlüklə səfərbər olmuş vəziyyətdədir. Pandemiyaya hər yerdə son qoymaq həm mənəvi, həm də dərk etdiyimiz maraq məsələsidir. Bu qeyri-adi vaxtda öyrəşdiyimiz vasitələrdən istifadə edə bilmirik. Fövqəladə hal fövqəladə tədbirlər tələb edir. Hamımızdan və hamımız üçün qətiyyətli, razılaşdırılmış və yenilikçi hərəkət tələb edən böyük bir sınaqla üzləşmişik".
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO