Rəsmi Bakı Qarabağdakı qondarma “seçkilər”lə bağlı daha bir bəyanat yaydı
02-04-2020 [11:33]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.
Mia.az XİN sözüsünə ünvanlanan sualı və onun cavabını təqdim edir:
- Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma “seçkilər”lə bağlı Ermənistan XİN-in bəyanatını necə şərh edərdiniz?
- Ölkəmizin işğal olunmuş ərazilərində qondarma “seçkilərin” keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz mövqeyini ifadə edib. Bu məsələ ilə bağlı təcavüzkar ölkə olan Ermənistan XİN-in bəyanatı ilə tanış olarkən istər-istəməz, qəhrəmanı öz xəyal və təxəyyül dünyasına düşən “Alisa Güzgü arxasında” nağılı yada düşür. Reallıqda isə həqiqət tamamilə fərqlidir və beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.
Bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan Respublikası tərəfindən təşkil edilmiş qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi.
Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi, eləcə də etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma evlərindən zor gücünə didərgin salındığı, işğal olunmuş ərazilərin yerli azərbaycanlı əhalisinin fundamental insan hüquqlarının pozulduğu bir vəziyyətdə Ermənistan Respublikası tərəfindən təşkil olunan bu qanunsuz fəaliyyətə başqa cür münasibət ola da bilməz.
Seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq standartların, o cümlədən ATƏT-in tələblərinə uyğun olaraq, hər hansı ölkədə keçirilən seçki həmin dövlətin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilməlidir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma “seçkiləri” pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər birinə öz prinsipial mövqelərini bir daha ifadə etdiklərinə və Ermənistana “ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz; torpaqların işğalı beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə oluna bilməz” ismarışını verdiyinə görə təşəkkür edirik.
Təəssüf ki, Ermənistan hələ də dərk etmir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı onun arzu etdiyi siyasi nəticəni verməyəcək. Dağlıq Qarabağda uydurma “seçkiləri” təşkil etməklə və bu ximeraya öz büdcəsindən heç də az olmayan maliyyə sərf etməklə Ermənistan nə əldə etdi? Hələ də davam edən hərbi işğal və etnik təmizləmənin mövcudluğu şəraitində “demokratiya”dan dəm vurmaq insuniasiya və özünü aldatmaqdan başqa bir şey deyildir. Yeri gəlmişkən, Ermənistan XİN-in Dağlıq Qarabağdakı qondarma “seçkilərlə” bağlı ayrıca bəyanatla çıxış etməsi faktı bir daha, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını sübut edir.
Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası ərazisində seçkilər ölkə Konstitusiyasına uyğun olaraq keçirilir və bu ali qanuna zidd olaraq təşkil edilən hər hansı akt legitim deyil və ola da bilməz.
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib