TRAMP "DƏRİN DÖVLƏT"ə TƏSLİM OLDU: Prezidentin kürəkəni tualetə qapadıldı, sevimli keşişi isə həbs edildi
01-04-2020 [23:52]
Ərgün Dilər
“Takvim”, Türkiyə, 01 aprel 2020-ci il
****
Hamımızın bildiyi kimi, koronavirus dünyanın gündəliyində olan yeganə məsələdir. Bütün dövlətlər bu məsələ ilə birlikdə yatıb-durur. Bu arada çox maraqlı hadisələr baş verir. Ağ Evdə inanılması çox çətin olan işlər olur. Çox təəccübləndim. Əminəm ki, siz də “Bu qədər də olmaz!” deyərək, təəccübünüzü gizlədə bilməyəcəksiniz.
Öncə bir məsələni xatırladım. Qarşıdan gələn günlərdə manşetlərdən düşməyəcək kimi görünən gizli bir həmlə haqqında yazdıqlarımı xatırlatmaq istəyirəm. İzləyənlər bilir. Lap əvvəldən koronavirus üzərindəki “barmaq izləri”nin amerikalılara aid olduğunu yazdım. Söylədim.
Vuhan infeksiyanın mərkəzi olaraq göstərildi. Çox adam yarasadan çıxdığını, yayıldığını anlatdı. Çin bir ara “Amerikalı hərbçilər yoluxdurdu” dedi. Amma cılız bir səslə dedi. Tramp isə qəti və aydın şəkildə, israrla “Çin virusu” dedi. Bir neçə səbəbə görə, virus Çinin üzərində qaldı. Əsl məqsəd isə sonra ortaya çıxacaqdı.
ABŞ liderlik etdiyi xorla birlikdə Çindən milyardlarla, bəlkə də, trilyonlarla dollar təzminat istəyəcək. Əsas olaraq isə virusu gizlətməsi, yayılmasının qarşısını almaması, kütləvi ölümlərə yol açması, iqtisadiyyatları batırması göstəriləcək.
İndidən buna hazırlaşmaqda fayda vardır. Virusun təsirilə yıxılan bütün ölkələr sıraya düzülərək, Çindən təzminat istəyəcək. Doğrusu, bunun infrastrukturu hazırlanır. Çinin bundan qaçmaq şansı isə heç yoxdur. Hazırda mənzərə belədir. Bir yerə qeyd edin.
Davam edək, Ağ Evə gedək. Ötən çərşənbə axşamı ABŞ dövlət rəhbərliyi Trampın liderliyində toplanmalı və koronavirusla bağlı çox önəmli görüş keçirməli idi. Bununla əlaqədar məsul şəxslər bir-bir gəldilər, Ağ Evə daxil oldular. Hər bir şəxs gedəcəyi yeri bilirdi, dosyelər də dolu idi. Tramp gəldikdən sonra görüş başladı. Uzun müddət də davam etdi. Ancaq ortada kimsənin söyləmədiyi bir qəribəlik vardı. Trampın kürəkəni Kuşner ortada görünmürdü. Bundan da qəribəsi o idi ki, onu kimsə axtarmırdı, yoxluğunu hiss etdirmirdi. Toplantıdan bir az öncə tualetə gedən Kuşner oradan çıxa bilmirdi. Çünki bir əl qapını onun üzünə bağlamışdı. Trampın kürəkəni düz 9 saat tualetdə qapanıb qaldı. Bəllidir ki, siqnalkəsicilər üzündən telefon da işə yaramırdı. Tam 9 saat tualetdə qalan Kuşneri təsadüfən qurtaran isə Mayk Pens (!) oldu.
Tualetdən çıxan Kuşnerin böyük qorxu yaşadığı da bir sirr deyildir. Yaxşı, bəs belə bir hadisə normal şərtlərdə baş verə bilərmi? Əsla! Amma artıq hər şey mümkündür. Təbii ki, bununla hadisələr bitmədi. Başqa həmlələr də gəldi. Məsələni bir az açaq.
Günlərdir yazıram ki, ABŞ koronavirus səbəbilə başqa bir savaşın içindədir. “Dərin Amerika” koronavirusdan istifadə edərək, Vaşinqtonun yeni dünya konsepsiyasını qurmasını istəyir. Buna qarşı olan güc isə köhnə sistemin təftiş edilərək davam etməsinə çalışır. Bir çox iş adamı qayğılıdır. Pulu olan hər bir şəxs narahatdır. Kimsə rahat və hüzurlu deyildir. Bütün böyük bosslar maraqla gözləməkdədirlər. Kimsə başlarına nə gələcəyini proqnozlaşdıra bilmir. Amma gərginlik, təbii, böyükdür.
Tramp “dərin Amerika”nın marşurutunda gedir. Çox zaman balans yaratmağa çalışsa da, indi “dərin Amerika” ilə birlikdədir. Nə deyilirsə, edir... Əvvəllər belə deyildi.
Buna baxmayaraq, öncəki gün Trampa qarşı bir əməliyyat keçirildi. Trampın bu dünyada güvəndiyi yeganə şəxs olan Tampa Bay (“Tampa Bay” – “Tampa körfəzi” bəzən Florida ştatında olan Tampa körfəzi hövzəsi mənasında işlədilir – tərc.) keşişi Rodni Hovard-Braun həbs edildi.

Rodni Hovard-Braun, Trampın öyüd-nəsihət verənidir. Tramp onun dediyi hər şeyi edir. O, “dərin Amerika”nın köhnə şifrlərini ən yaxşı bilən Tampa Bayın ən nüfuzlu keşişidir. Rodni Hovard-Braun, milli duaların edildiyi səhər yeməklərinin vazkeçilməz şəxsidir. Çox önəmli bir virajda önəmli yer tutur. Onun sosial məsafə saxlama qaydalarına əməl etmədiyi üçün həbs edilməsi adi bir hadisə deyildir. Rodni Hovard-Braun, bəlkə də, koronavirus pandemiyasından sonra ABŞ-ın necə bir sistem quracağını ən yaxşı bilən şəxs idi.
Çaşqınlıq içində olan Tramp bu həyatdakı ən güvəndiyi şəxsi həbsdən qurtarmaq üçün hər yolu sınaqdan keçirəcəkdir. Buna şübhə yoxdur. Əks-həmlə də edəcəkdir. Çünki ABŞ-da Trampı çətin vəziyyətə salmaq istəyənlərin sayı daha da artdı.
Tramp, koronavirus infeksiyasına görə ölkədə yaşanacaq iqtisadi fəlakəti gizlətməyə məcburdur. Ancaq ABŞ Maliyyə naziri Stiven Mnuçinin ölkədə işsizliyin səviyyəsinin 20%-i aşacağını söyləməsi, FES-in “47 milyon amerikalı işsiz qalacaq” deməsi Trampın noyabr ayındakı seçkini qazanması ehtimalı qarşısında olan ən böyük əngəldir. Tramp bu durumun fərqindədir.
Öz şirkətinin sifarişilə keçirilən rəy sorğularına görə, hazırda 30%-lara doğru geriləyən Tramp mütləq bir addım atacaqdır. Tramp seçkidə məğlub olarsa, “dərin Amerika” əsla bir daha belə güclü bir şans əldə edə bilməz. Yəni, məğlub olan əslində “dərin Amerika” olar. Bu struktur qəti olaraq böyük bir hücumla cavab verəcəkdir. Kim bilir, bəlkə də, Co Bayden belə, həbs edilə bilər. Başqa həbslərin keçirilməsinin önünü açacaq həmlələr gələ bilər.
ABŞ-ın dərin strukturlarına çox yaxşı bələd olanların yazdıqlarına görə, “Tramp, həyatda qalmaq üçün “dərin dövlət”dən yardım istədi. Ancaq yaşasa belə, reanimasiyalıq olacaq. Çünki “dərin dövlət”ə ən böyük zərəri Trampın özü verdi. İndi onlarla birlikdə hərəkət etmək istəyir”.
Tam da bu mühitin yarandığı bir dövrdə Tramp, nifrət etdiyi respublikaçı konresmen Mark Medouzu Ağ Ev administrasiyasının rəhbəri təyin etdi. Dəfələrlə üzünə baxaraq, açıq şəkildə özünü təhqir edən bir şəxsi bu önəmli vəzifəyə təyin etməsi belə, Trampın artıq “dərin Amerika”nın sözündən çıxmadığını göstərir.
Mark Medouz, dərin strukturları çox yaxşı bilən və Ağ Evdə təmizlik aparmağa gələn biridir. O, öncəlikli olaraq Cared Kuşnerin qurduğu “A” komandasını bloklayacaq. Ağ Evdə funksional olmayan bir Kuşner görəcəyik. Ardınca da təslim olmuş bir ABŞ prezidenti və onun marşurutunda irəliləyən bir Ağ Ev mənzərəsi görəcəyik.
Ağ Evdəki münaqişəli durum artıq daha çox hiss ediləcək. Bunu anlamaq çətin deyil. Çünki Mark Medouz savaş komandası ilə birlikdə Ağ Evdəki Eyzenhauer İdarəçilik Ofisinin binasına keçdi. ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin öz rəsmi görüşlərini keçirdiyi bu ofis keçmişdə iki dəfə sabotajla qarşı-qarşıya qalmışdır. Od vurulan bu ofislər ABŞ-dakı güc balanslarını aydın şəkildə görə bilməyimizi təmin edir. Ağ Evdə alınan ən önəmli qərarlar üçün seçilən yer Eyzenhauer İdarəçilik Ofisidir.
Beləliklə, Mark Medouzun işə başlaması, Trampın istəyilə olmasa da, reallaşdı. Mark Medouzun işə başlamasından sonra, Trampa qarşı reaksiya olaraq, Rodni Hovard-Braun həbs edildi. Bundan öncə də Kuşner tualetdə saxlanıldı, özü də 9 saat!
Ayrıca, daxilində Kuşnerin önəmli rol oynadığı bir şəbəkədə yer alan ən özəl 165 şəxsdə koronavirus təsbit edildi... Kuşneri tualetə qapadanlar Trampı öz kürəkənindənmi qoruyurdu, yoxsa Kuşnerə viruslu hücum edirdi? Qapını açmaq Pensəmi qalmışdı?
Gördüyünüz kimi, savaş bütün sürətilə davam edir. Edəcək də... Koronavirus bunlar üçün yaxşı vasitədir.
Qeyd: Koronavirus ilk nəticəsini verdi və AB dağılmağa başladı. İlk addım atıldı. Hələ çox şey olacaq, lap çox...
Tərcümə Strateq.az-ındır
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi