SEPARATÇILAR “SEÇKİNİ” NİYƏ TƏXİRƏ SALMADILAR?
31-03-2020 [13:12]
Elxan ŞAHİNOĞLU
***
Martın 31-də işğal altındakı Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilir.“Prezident seçkisində” 14 namizəd var. “Parlament seçkisində” isə 12 siyasi partiya iştirak edir. 33 yerlik “parlamentə” 361 namizəd var.
Dünya koronavirusla mübarizə apararkən, Ermənistanın özündə virusa yoluxanların sayı artarkən, erməni separatçıları “seçkiləri” təxirə salmadılar. Halbuki, “prezidentliyə” namizədlərdən 4-ü virusla əlaqədar “seçkiləri” təxirə saxlamağa çağırış etmişdilər. Demək, həmin “namizədlərin” virusun Dağlıq Qarabağda yayılması haqqında səhih məlumatları var ki, “seçkini” təxirə salmaqda israr etmişdilər. Ermənistanda virusa yoluxanların sayı 500-ə yaxınlaşmışkən, virus işğalçı orduya da sirayət etmişkən, Dağlıq Qarabağda virusun olmaması inandırıcı deyil. Bölgənin separatçı liderləri sadəcə virusa yoluxma hallarını gizlədirlər. Böyük ehtimalla “seçki” bitdikdən sonra virusa yoluxma hallarını etiraf edəcəklər.
Separatçılar virusun yayılmasına rəğmən, “seçkini” niyə təxirə salmadılar?
Birinci səbəb odur ki, separatçılar “seçkinin” təxirə salınmasının Dağlıq Qarabağda qüvvələr arasında gərginliyi artıra biləcəyini düşünürlər. Təsadüfi deyil ki, “seçki kampaniyası” zamanı namizədlər və onların tərəfdarları arasında bir neçə dəfə ciddi qarşıdurmalar oldu. “Seçki” təxirə salınsaydı, qarşıdurmalar arta bilərdi.
İkinci səbəb isə odur ki, separatçılar “seçkinin” təxirə salmasından Azərbaycanın öz məqsədləri üçün istifadə edə biləcəyini düşünə bilərdilər. Yəni hesab edə bilərdilər ki, Azərbaycan ordusu “seçkinin” təxirə salındığı dönəmdə təzyiqi artıracaq. Ona görə də Dağlıq Qarabağda “hakimiyyət” boşluğu yaranmasın deyə separatçılar “seçkini” təyin olunduğu gün keçirməyə qərar verdilər.
Müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda ciddi karantin rejimi tətbiq edilərkən, Dağlıq Qarabağ erməniləri “seçkidə” aktiv iştirak etməyəcək, “seçki məntəqələrinə” axışmayacaqlar. Belə olan halda separatçılar kvorumu şişirtməyə çalışacaqlar. Əks halda seçici aktivliyinin az olduğunu etiraf etməli olan separatçılar “niyə seçkini təxirə salmadız” kimi ciddi sualla üzləşəcəklər.
“Prezidentlik” uğrunda əsas bir neçə namizəd arasında rəqabətin gedəcəyi proqnozlaşdırılır. Bunlar Dağlıq Qarabağın “keçmiş baş naziri” Araik Arutunyan, “parlamentin sədri” Aşot Quluyan, “xarici işlər naziri” Masis Mailyan və “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitaliy Balasardyandır.
Errmənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda “prezident” kürsüsündə öz adamını otuzdurmaq istəyir. Paşinyan Araik Arutunyanu dəstəkləyir. Paşinyan ən pis halda Masis Mailyanın da “seçilməsinin” əleyhinə deyil. Vitaliy Balasardyan Paşinyanın düşməninin – keçmiş prezident Robert Köçəryanın namizədidır. Bu şəxs “Təhlükəsizlik Şurasının” katibi olanda Nikol Paşinyanı sərt şəkildə tənqid edir, Robert Köçəryanın həbsini pisləyirdi. Paşinyan o zaman belə deyirdi: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar". Paşinyan məhz Vitaliy Balasrdyanı nəzərdə tuturdu. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasrdyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazırdı. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, o Balasardyanla bağlı ölçü götürsün. Bako Saakyan Paşinyanın tələbini yerinə yetirmək məcburiyyətində qalaraq keçən ilin iyun ayında Vitaliy Balasardyanı vəzifəsindən uzaqlaşdırmışdı.
Dağlıq Qarabağda “prezident” kimliyindən asılı olmayaraq torpaqların işğalından vaz keçməyəcək. Həmin “prezident” Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının və azərbaycanlıların geri qayıtmasının da əleyhinə olacaq. Bu məsələlərdə “prezidentliyə namizədlərin” mövqeyi eynidir. Buna görə də Dağlıq Qarabağda “prezidentin” kim olmasının Azərbaycan üçün fərqi yoxdur.
ATƏT-in Minsk Qrupu həmsədrləri koronavirus yayılan günlərdə tərəfləri atəşkəsə riayət etməyə çağıran bəyanat yaydılar. Bəyanatda bu cümlələr yer almışdı: “Koronavirusla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır”.
Həmsədrlər bu bəyanatla tərəfləri xəbərdar etmək istəyirdlər ki, beynəlxalq aləmin virusla mübarizə apardığı dövrdə, o cümlədən vasitəçilərin bölgəyə gəlişlərinin mümkünsüzlüyü nəzərə alınaraq atəşkəsə riayət edilməlidir. Ancaq həmsədrlər virusun geniş yayıldığı dönəmdə Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yaymadılar, bunun yersiz olduğunu söyləmədilər. Demək, həmsədrlər işğal və etnik təmizləmə şəraitində, o cümlədən virusun yayıldığı günlərdə həyata keçirilən “seçkilərin” əleyhinə deyillər. Yeganə olaraq Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq erməni separatçılarının keçirdiyi “seçkiləri” qəti şəkildə pislədi. Türkiyə XİN-nin bəyanatında həmsədr dövlətlərin separatçıların keçirdikləri “seçkiləri” pisləməsi çağırışı var idi. Bu çağırış həmişəki kimi eşidilmədi. Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd “seçkilərə” səssiz qaldılar...
Mia.az
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib