"İran hazırda iki böyük çətinliklə üzləşib" - Politoloqdan şərh
30-03-2020 [15:25]
"İran dünyanın aparıcı neft ölkələrindən biri sayılsa da, hazırda iki böyük çətinliklə üzləşib.
Birincisi, neftin qiyməti xeyli aşağı düşüb və ölkənin gəliri azalıb. İkincisi, İran Amerikanın sanksiyalarına görə ucuzlaşmış neftini də satmaq üçün bazarlar tapmaqda çətinlik çəkir. Bunların üstünə İranda koronavirusun geniş yayılmasını da əlavə etsək, qonşu dövlətin hansı ağır durumla üzləşdiyi bəlli olar”.
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, virusun qonşu ölkədə geniş yayılması İran rəsmilərinin səhvi üzündən abş verib: “Virusun İranda yayılmasının mənbəyi Qum şəhəri olub. Tehranın səhvi virus yayılan günlərdə Qum şəhərini karantin altına almaması idi. Rəsmi Tehran bununla bağlı Ankaranın çağırışını qulaqardına vurub. Halbuki, Türkiyənin səhiyyə naziri iranlı həmkarı ilə telefon danışığında Qum şəhərini vaxt itirmədən karantin altına alınmasını rica etmişdi. Tehran nəinki Qumu karantin altına aldı, İranda geniş qeyd edilən Novruz bayramı günlərində milyonlarla insanın bayramlaşmasına və ölkə ərazisində daxili yerdəyişmələrinin qarşısını almadı. Bunun nəticəsidir ki, hər gün İranda yüzlərlə insan həlak olur. Tehran vəziyyətin nəzarədən çıxdığını anladıqdan sonra karantin tədbirlərini ciddiləşdirib. Ancaq hələ ki, virusun miqyasını azaltmaq müvəffəq olmayıb”.
Politoloq qeyd edib ki, İran Amerikanın sanksiyalarına görə aşağıdakılardan məhrumdur: “Birincisi, sanksiyalara görə İran koronavirusla mübarizədə gərəkən maliyyəyə malik deyil. Amerika İranın öz mallarını ixrac etmə imkanlarını məhdudlaşdırıb. ABŞ sanksiyalarına görə İrana yatırım edən ölkələrin və şirkətlərin sayı xeyli azdır. Bu səbəbdən İran iqtisadiyyatı tənəzzül içərisindədir.
İkincisi, ABŞ sanksiyaları İrana gərəkli dərman və tibbi ləvazimatlar almağa mane olur. Məsələ burasındadır ki, Amerika sanksiyaları İranın bank sektorunu iflic edib. Bank sektoru başqa ölkələrə pul köçürə bilmirsə, xarici ölkələrdən dərman və tibbi avadanlıqlar almaq mümkün deyil. ABŞ sanksiyalarından çəkinən Avropanın aparıcı dərman və tibbi avadanlıqlar istehsal edən şirkətləri İrana öz məhsullarını satmaqdan ehtiyat edirlər".
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib