MSK sədri Konstitusiya Məhkəməsində: "Ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub”
05-03-2020 [10:36]
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxış edib.
M.Pənahov deyib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5 573 seçki məntəqəsi üzrə keçirilib:
“Deputatlığa 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1 314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb”.
MSK sədri qeyd edib ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb:
“Bundan əlavə, sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və "qaynar xətt"ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub”.
Onun sözlərinə görə, Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb:
“Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər”.
Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.
Daha sonra hakimlər MSK sədri Məzahir Pənahova suallar ünvanlayıblar. MSK sədri onların suallarını cavablanıdırıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi