23-09-2013 [16:14]
Hər bir valideyn öz övladlarına bu adəti, mədəniyyəti aşılamalı, mütəmadi olaraq orada uyuyan yaxınlarımıza baş çəkməyin vacibliyini izah etməlidir. Axı keçmişimizi unutsaq, bizə dəyər verənləri yadırğasaq, gələcəyimizi də korlaya, çox da irəli gedə bilmərik. Əslində, hamımızın yeri oradır. Onsuz hamımız haçansa orada olacağıq…
Coratın 2000 yaşı var, deyirlər. Bu qəsəbəni Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər. Bunu sıravi sumqayıtlılarla yanaşı, şəhər rəhbərliyi də dəfələrlə, dönə-dönə vurğulayıb.
Əslində Coratın dəqiq tarixini, yaşını bilən yoxdur. Deyilənə görə, qəsəbənin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Bir də qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir.
Yeri gəlmişkən, Coratdakı köhnə qəbiristanlıq, sandıq qəbirlər Sumqayıtın tarixi turizm obyektləri sırasındadır. Qəbiristanlıq piri, Dəvə piri, Seyid Muxtar piri, 1918-ci ildə şəhid olmuş türk əsgərinin məzarı - Şəhid qəbri hələ də böyük maraq kəsb edən Corat ziyarətgahlarının arasındadır. Bunu da vurğulayaq ki, Corat sözünün mənası Cürət, Comərd kimi də yozulur. Hətta bu yaxınlarda Sumqayıtın 2 yerə bölünməsi nəticəsində yaradılan rayonlardan birinə Cürət adının da verilməsi gözlənilir.
Bütün bunlar çox gözəl səslənir. Amma… Amma yox, əmma… Əmması budur ki, biz bu gün Corata, onun tarixinə, qədimiliyinə, qəsəbənin tarixi obyektlərinə lazımi diqqət, hörmət göstərmirik. Söhbətimiz, daha doğrusu reportajımız kanalizasiya suları altında batıb gedən, deyilənə görə 1000 illik tarixi olan Corat qəbiristanlığı haqqındadır. Bəli, düz anladınız. Hazırda Corat qəbiristanlığı suyun altında qalıb. Qəbiristanlığa nə sel gəlib, nə yağışlar yağıb, nə də ki, Xəzər dənizinin burda bir taqsırı yoxdur. Sadəcə ətrafdakı evlərin bütün kanalizasiyası aşkarca Corat qəbiristanlığına, qəbir daşlarından süzülərək oradan da Xəzərə axır. Buna isə bir əncam çəkən yoxdur. Bütün bunları əraziyə baş çəkərkən, sakinlərlə söhbətləşərkən aşkarladıq. İnsanlar bizi görəndə bir tərəfdən sevindilər, bir tərəfdən də "siz artıq neçənci mediasız ki, gəlirsiz, çəkirsiz, amma bir faydası olmur” deyib əllərini yelləyərək ümidsiz baxışlarla biz süzdülər.
Qəbiristanlığı bir dövrə vurduq və gördüklərimizdən dəhşətə gəldik. Qəbiristanlıq uzunu zibilliklər gözümüzün önünü, üfunət qoxusu burnumuzu tərk eləmədi. Yüngülcə meh əsən kimi zibil və kanalizasiya qoxusu bir-birinə qarışaraq insana böyük diskomfort yaradırdı. Və bu zibilxanaya sahibsiz küçə heyvanlarının daraşması, kanalizasiya sularının gölməçələr yaratdığı ərazidə müxtəlif həşəratların tüğyan etməsi isə ayrı bir mövzu predmetidir…
Üstəlik düşünəndə ki, biz burada müvəqqətiyik, amma insanların - uşaq və körpələrin daimi yaşayır burada, həqiqətən də onların sağlıq durumunu düşünəndə insanın ağlına xoş, pozitiv bir şeylər gəlmirdi… Bəli, sakinlər ürəkyanğısı ilə bu uzunömürlü problemlərindən danışmağa başladılar. Onlar söylədilər ki, qəbiristanlığa gələnlər öz doğmalarının qəbirlərini çox zaman ziyarət edə bilmir, elə kənardan yasin oxutdurub gedirlər.
Corat sakinləri bu haqda dəfələrlə icra nümayəndəsi Cəmil Quliyevə, qəsəbənin bələdiyyə sədri Tofiq Mahmudova, şəhər icra hakimiyyəti başçısına şikayət etdiklərini söylədilər. Lakin göz görür ki, problem problem olaraq qalıb. Sakinlərdən biri əlavə etdi ki, bura hələ yayda "toya-bayrama getməlidir”, çünki istidən kanalizasiya suları nisbətən quruyur, payız və qış aylarında isə elə bir təəssürat yaranır ki, sanki Xəzər daşıb və bu ərazilərə qədər gəlib çıxıb…
Digəri söylədi ki, hər şey bir yana, qəbiristanlıq yolunda işıqlandırma - işıq dirəkləri yoxdur. Gecələr buradan keçmək insanda vahimə yaradır. Bir başqa sakin isə söylədi ki, kanalizasiya xəttimiz olmaya olmaya biz hər ay Azərsu-ya ödənişlər edirik. Bildiyiniz kimi, bu ödəniş özündə həm istifadə olunan içməli suyu, həm də kanalizasiya sularını ehtiva edir...
Məsələylə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə icra nümayəndəsi Cəmil Quliyevlə əlaqə saxladıq. O, problem barədə məlumatlı olduğunu söylədi və əlavə etdi ki, kanalizasiya problem ilə bağlı artıq Azərsu SC ilə danışılıb və 2014-cü ildə burada layihə həyata keçiriləcək; ətrafdakı binaların kanalizasiya xətləri yaxınlıqdakı vahid kanalizasiya xəttinə qoşulacaq.
"Hələlik isə biz də bu məsələdə acızık” – sitatın sonu. "Bəs ərazidə zibil qutularının yoxluğu, zibilin vaxtında daşınmaması ilə bağlı nə deyə bilərsiniz” sualına isə Cəmil Quliyev cavab verdi ki, 5-10 günə həmin yerə 1000 litrlik tutuma malik zibil qabı qoyulacaq və çalışacağıq ki, hər məhəllənin başında zibil qutuları olsun… Amma hər halda problem dünənin və bugünün problem deyil.
Təbii ki, müvafiq qurumlar Sumqayıtın fəxri sayılan Coratın, Coratın qədim obyektlərindən sayılan qəbiristanlığın su altında qalmasına imkan verməməliydilər; hər halda şəhərin özünə ayrılan büdcədən onun qəsəbələrinə də pay düşməliydi düşüncəsi ilə…
Bəli, təəssüf ki, bizim qəbiristanlığa, orada uyuyan və artıq haqq dünyasına qovuşan mərhumlarımıza qoyduğumuz hörmət hələ ki, budur... Yeri gəlmişkən, sabah Sumqayıtda təmtəraqla Şəhər günü keçiriləcək və şəhər gününə Coratdan, Corat qəbiristanlığından təxminən 150-200 metr aralı olan ərazidən başlanılacaq. Görəsən, bayramın açılış mərasimi, səsləndirilən musiqi su altında qalmış qəbiristanlığın məzar daşları arasında necə əks-səda verəcək?!
Elnur Ağayev
Kamal Almuradlı
"Xəbərlə” xəbər poartalı
P.S. Ərazini tərk edərəkən əksər evlərin hasarlarının üzərində "satılır” kəlməsi diqqətimizdən yayınmadı...














Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi