Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul olunub
22-02-2020 [16:18]
Bu ilin fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul olunub.
XİN-in Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, sənəddə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərbaycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlər, regional və qlobal məsələlərə ortaq yanaşma və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır.
"Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.
Assambleya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən soyqırımı və İƏT və BMT qətnamələrinə əhəmiyyət verilməməsini pisləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan Respublikasının səylərini dəstəkləyir. Assambleya bəyan edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyənədək və beləliklə də bu iki ölkə arasında sülh əldə olunmayanadək Ermənistanla diplomatik münasibətlər qurulmayacaq", nazirlikdən bildirilib.
Qeyd edək ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.
Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi