BMT İdlibdəki vəziyyətlə bağlı çağırış edib
21-02-2020 [11:25]
Milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.
Ali Komissar son aylarda İdlibdə 900 000 nəfərdən artıq insanın evlərini və ya sığınacaqlarını tərk etdiklərini vurğulayıb.
İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.
Ali Komissar bildirib ki, insanların həyatlarının qorunması və təhlükəsiz yerlərə çıxış əldə edə bilməsi üçün döyüşlərə son qoyulmasına ehtiyac duyulur.
BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb: "Hər bir gün ötdükcə bu çağırışın aktuallığı artır. Minlərlə günahsız insan beynəlxalq birlikdəki parçalanmanın bədəlini ödəyə bilməz, beynəlxalq birliyin bu böhranın həllini tapa bilməməsi bizim kollektiv beynəlxalq vicdanımızda ciddi ləkəyə çevriləcəkdir. Əvvəllər olduğu kimi böhran məqamlarında mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər – hərçənd bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır. Artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün, hansı ki, onların 3,6 milyonu Türkiyədədir, beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır".
O qeyd edib ki, hesablamalara əsasən hazırda Suriyanın şimal-qərbində dörd milyondan artıq mülki əhali yaşayır: "Onların yarısından çoxu məcburi köçkünlərdir. Onların çoxu illərlə didərginlik həyatı yaşayır və olduqları yerləri bir neçə dəfə tərk etməyə məcbur olublar. Yeni didərgin düşənlərin təxminən 80 faizi qadınlar və uşaqlardır. Bir çox ahıl insanlar da risk altındadırlar. BMT və Suriyadakı və başqa yerlərdəki digər tərəfdaşlar İdlib zonasında didərgin insanlara yardımın təşkili üzərində həftələrlə işləyiblər. Didərginliyin intensivliyini və miqyasını nəzərə alsaq, sığınacaqlara ciddi ehtiyac var. Sərt qış havası (o cümlədən qar, daşqınlar, mənfi temperatur və yanacaq qiymətlərinin artması) çətinlikləri və iztirabları daha da artırır".
F.Qrandinin sözlərinə görə, humanitar təşkilatlar mümkün olan bütün vasitələrlə, o cümlədən sığınacaq və təcili tibbi yardım dəstlərini Türkiyədən gətirməklə, yardımları insanlara çatdırmağa çalışırlar: "Ərazilərdəki yerli tərəfdaşlar psixososial dəstəyin, hüquqi məsləhət və yardımın göstərilməsi və ən həssas vəziyyətdə olan insanların zəruri xidmətlərə çıxış əldə etməsi üçün çalışmaqda davam edirlər, amma onların özlərinin də çoxu qarışıqlıq şəraitində çalışırlar. Humanitar yardımların təhlükəsiz çatdırılması və humanitar işçilərin təhlükəsizliyi təmin edilməlidir. BMT QAK 275 minədək insana (55 min ailəyə) zəruri tələbat əşyaları ilə, İdlibdəki digər 84 min insana (14 min ailəyə) isə sığınacaqlarla yardım etməyə çalışır. O həmçinin 2,1 milyonadək insanın təcili tələbatlarını təmin etmək üçün regionda ehtiyat yardımlar, o cümlədən 400 min çadır yerləşdirib. Humanitar qurumlar olaraq biz insanların həyatlarını xilas etməyə çalışırıq, amma bu səylərimiz üçün məkan daralmaqdadır. Bu cür iztirabların qarşısında təkcə humanitar yardım çıxış yolu ola bilməz".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi