"Təkcə bir məntəqədə 301 səsi 185-ə endiriblər, MSK buna da susacaq?!" - Ləman Ələşrəfqızından rəqibinə və həmkarlarına sərt mesaj
18-02-2020 [15:36]
"Dünəndən sükut içində baxıram. "Real TV"-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər!"
Ma.az xəbər verir ki, bunu "Real TV"-nin keçmiş əməkdaşı, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında deyib.
O bildirib ki, bəzi həmkarları onun Prezidentə müraciətini belə görməzlikdən gəlib:
"Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər - hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər - onlar da bu dairəni dilə gətirmək istəmirlər".
Ləman Ələşrəfqızı namizədi olduğu dairə ilə bağlı şikayətini yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də qeyd edib:
"Sabah 117 saylı dairənin qərarından şikayətimi MSK-ya ünvanlayacam. Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının (Aqiyə Naxçıvanlı) xeyrinə saxtalaşdırıblar...
Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar, yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim.
Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?".
Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini verib.
Mətbuatda yayılan məlumata görə, o və onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı (125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd), həmçinin İlqar Mikayıloğlu ilə "Real" TV müqavilələri yeniləməyib.
Real TV isə bu gün açıqlama yayaraq, bu məlumatı təkzib edib...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi