Ülvi Quliyevin şişirdilən "səs"i, yaxud üst-üstə cəmi 500 səs toplayan partiya sədrləri...
11-02-2020 [17:13]
Növbədənkənar parlament seçkisində nəticələri maraqla izlənən dairələrdən biri olan 15 saylı Yasamal birinci seçki dairəsində əsas mübarizə Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı və həmin dairəni köhnə parlamentdə təmsil etmiş müstəqil namizəd Ülvi Quliyev arasında gedirdi.
YAP isə bu dairədən Rauf Nağıyevin namizədliyini irəli sürmüşdü. Lakin lap əvvəldən hakim partiyanın bu namizədin üzərində xüsusi olaraq durmayacağı məlum idi.
Xatırladaq ki, seçkidən əvvəl “AzPolitika.info”-ya açıqlama verən S.Cəlaloğlu və A.Hacılı ayrı-ayrılıqda qalib gələcəklərinə əminlik bildirmişdilər. Hətta A.Hacılı S.Cəlaloğlunu, o da qarşılığında A.Hacılını özünə rəqib, seçkinin favoriti saymadığını bildirmişdi. Maraqlıdır ki, nəticələr hər iki partiya liderinin "haqlı" olduğunu göstərdi...
Belə ki, seçkinin sabahı günü açıqlanan rəsmi nəticələrə görə, bu dairədən Ülvi Quliyev qalib elan olundu. Rəsmi nəticələrə görə, Ü.Quliyev 4071 səs topladığı halda, YAP-ın namizədi 614 səs, Arif Hacılı 291 səs, Sərdar Cəlaloğlu isə cəmi 218 səs yığıb. Bu dairədəki 31 məntəqədən ikisində S.Cəlaloğluya 0 səs, üçündə isə Arif Hacılıya cəmi 2 səs verilib.
Göründüyü kimi, rəsmi nəticələrdə müstəqil namizəd olan Ü.Quliyevin kifayət qədər tanınmış və az-çox təşkilatlanmış partiyaların sədrlərinin hər birindən ayrı-ayrılıqda 20 dəfə(!) artıq səs topladığı göstərilir.
Əlbəttə ki, sosial şəbəklərdə yayılan və bu seçkinin şəffaflığını sual altına alan videokadrlar kifayət qədər çoxdur və ümumiyyətlə ölkədəki “seçki ənənələrinin” özəllikləri hər kəsə yaxşı məlumdur. Hər halda MSK bu faktların araşdırılacağını və ciddi ölçü götürüləcəyini bildirib.
Lakin məsələnin maraqlı tərəfi bu dairədə Ü.Quliyevə verilən səslərin sayından daha çox, ölkənin ən iri və sanballı partiyalarından sayılan iki müxalifət partiyası liderinin topladığı səsdir.
Əlbəttə ki, ümumilikdə ölkə üzrə bir çox dairələrdə ciddi qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini heç MSK da inkar etmir. Lakin müşahidələr göstərir ki, qalib elan edilən namizədlərin lehinə şişirtmələr, pozuntular olsa da, komissiyalar onların rəqiblərinin səslərinə dəyməyiblər. Yəni pozuntulara dair faktların sırasında hansısa namizədin lehinə olan bülletenlərin aradan çıxarılması, yaxud nəticəsinin azaldılaraq başqa birinin adına yazılması hallarına demək olar ki, rast gəlinmir. Müstəqil müşahidəçilərin də əksəriyyəti iddia edir ki, komissiyaların əsas “işi” rəqib namizədlərin səsini azaltmaq yox, qalib gəlməli olan namizədin səsini şişirtmək olub.
Belə olan təqdirdə, A.Hacılı və S.Cəlaloğlunun doğrudan da aşağı-yuxarı elə məhz rəsmən elan olunan nəticələrdəki qədər səs topladığı qənaəti yaranır. Özü də bu qənaəti möhkəmləndirən kifayət qədər əsaslar mövcuddur.
Bunlardan biri narazı elektoratın bu seçkiyə demək olar ki, ümumiyyətlə qatılmamasıdır. Əksər müstəqil ekspertlər rəsmi rəqəmlərdə göstərilən 47.8 faiz seçici aktivliyinin həqiqəti əks etdirmədiyini və real nəticənin bundan ən azı iki dəfə aşağı olduğunu iddia edirlər. Seçkiyə gəlməyən narazı elektoratın isə əhəmiyyətli hissəsinin müxalifət partiyalarının namizədlərinə səs verəcəkləri gözlənilirdi.
Digər səbəb isə A.Hacılı və S.Cəlaloğlunun qətiyyən parlaq, təsirli, aktiv və s. adlandırıla biləcək seçki kampaniyası keçirməməsidir.
Əslində, bu namizədlər əgər özlərinin dedikləri qədər güclü idilərsə, nəinki sözügedən dairəyə, ümumilikdə ölkəyə səs salacaq kampaniya keçirməli idilər ki, bunun da şahidi olmadıq.
Nəhayət, bu partiya sədrlərinin növbədənkənar seçkiyə münasibəti elə seçki günü də özünü biruzə verdi. Bu dairədə onlar tərəfindən nə təşkilatçılıq, nə mütəşəkkil müşahidə, nəzarət mexanizmi qurulduğunun, nə də əgər saxtakarlıq hallarının olubsa bunu sübut edən, qalib namizədin səslərinin şişirdildiyini əsaslandıran hansısa faktı ortaya qoya bildiklərini gördük.
Yəni, iki aparıcı partiya bir yerdə, bir dairədə belə ortaya normal iş, təşkilatçılıq, mübarizə əzmi qoya, narazı elektoratı seçkiyə gətirə bilmədi və sair. Heç nəticələr elan olunandan sonra da onlar tərəfindən hər hansı əsaslı, ciddi etirazlara rast gəlinmədi.
Belədə sual yaranır ki, bu cür zəif, dişsiz kampaniya keçirən, normal təşkilatçılıq işləri belə aparmayan partiya sədrlərinin seçkiyə qatılmaqda məqsədləri nə idi – partiya mənsubiyyəti olmayan namizədə az qala 20 : 0 hesabı ilə uduzmaqmı?
Əlbəttə ki, yox. Burada istər-istəməz yalnız bir qənaət formalaşır - növbədənkənar parlament seçkisinin də hansı formada keçiriləcəyindən xəbərdar olan bu partiya liderləri özləri qazanacaqlarına yox, sadəcə, hakimiyyətin onlara yeni parlamentdə yer verəcəyinə ümid edərək seçkiyə qatılmışdılar. Axı Azərbaycanın parlament tarixində belə hadisələr dəfələrlə baş verib...
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi