"Bu, tərbiyəsizlikdir, cavabı tezliklə veriləcək” - KİVDF rəhbərindən İTV-yə sərt xəbərdarlıq + VİDEO
09-02-2020 [11:49]
Xəbər verdiyimiz kimi, “İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.
Mia.az xəbər verir ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib.
Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb.
İzləyicilər arasında geniş müzakirələrə səbəb olan fotonun orada yerləşdirilməsinin səbəbi isə maraqlıdır.
Məsələ burasındadır ki, Dadaş Dadaşlinski KİVDF-nin İcraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələrlə dəvətdən boyun qaçırıb. Son olaraq telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.
KİVDF sədri Vüqar Səfərlinin İctimai Televiziyaya cavabı gecikməyib.
İcraçı direktor "Gununsesi.org" saytına bu barədə açıqlamasında deyib:
“Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.
KİVDF rəsmisi qeyd edib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.
“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub