Politoloqdan seçki ilə bağlı şərh: “YAP-ın ölkədə sosial bazası və dayaqları kifayət qədər güclüdür"
06-02-2020 [18:40]
Ölkəmizdə növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Artıq seçkiqabağı təşviqat mərhələsi yekunlaşmaq üzrədir.
Görəsən, fevralın 9-da keçiriləcək seçki prosesi necə gedir? Bu seçkidə əsas müşahidə olunan fərqli nüanslar hansılardır?
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov Mia.az-a açıqlamasında seçki prosesini dəyərləndirib.
Onun sözlərinə görə, seçki prosesi normal gedir: “Ümumiyyətlə, seçki prosesini yüksək qiymətləndirirəm. Tam demokratik şəraitdə keçən proses namizədlərin çoxluğu ilə yadda qaldı. Seçki prosesi olduqca yüksək fəallıqla keçir. Dairələrin əksəriyyətində müxtəlif siyasi partiyaları təmsil edən, heç bir partiyanın üzvü olmayan çoxsaylı bitərəf namizədlər var. Xüsusi qeyd etmək istərdim ki, namizədlər sırasında gənclərin, qadınların sayı da çoxdur”.
R. Qonaqov bildirib ki, bu seçkilərdə də əsas favorit Yeni Azərbaycan Partiyasıdır: “YAP-ın ölkədə sosial bazası və dayaqları kifayət qədər güclüdür. Seçkilərdə ən çox namizədlə də YAP iştirak edir. Namizədlərin aktivliyi baxımından da YAP üstünlük təşkil edir. Əgər digər partiyalara nəzər salsaq görərik ki, heç bir siyasi partiya dairələr üzrə YAP qədər namizəd irəli sürməyib. Bəzi siyasi partiyalar yalnız dairələrin yarısını, bəziləri üçdə birini əhatə edib. Partiya üzvü olan namizədlər də, bitərəflər də seçki prosesində çox aktivdirlər. Bu da onu göstərir ki, parlament seçkilərinə maraq həddindən artıq yüksəkdir. Eyni zamanda dairələr üzrə seçki kampaniyasını təhlil etsək görərik ki, dairələrin hər birində rəqabət var və bərabər imkanlar şəraitində seçki kampaniyası davam edir. Vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, QHT rəhbərləri, siyasi partiya üzvü olan və olmayan namizədlər ölkə boyu aktiv seçki kampaniyası aparırlar. Seçkilərə beynəlxalq təşkilatlar da böyük maraq göstərirlər”.
R. Qonaqov qeyd edib ki, 9 fevralda Azərbaycanda növbəti dəfə demokratiya təntənəsinin şahidi olacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi