YAP Siyasi Şurasının üzvü: "Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir"
06-02-2020 [13:43]
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunları bir daha onu göstərdi ki, dövlətimiz doğru yoldadır, müstəqil siyasət yürüdür, ölkəmiz daha da güclənir. Əlbəttə ki, bu da səbəbsiz deyildir. Ona görə ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülüb və dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq. Bununla da ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaq”.
Bu sözləri Mia.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, dünyada yeni münaqişə ocaqları və gərginlik yerləri yaranır, mövcud problemlər öz həllini tapmır, Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, hətta postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Lakin bütün bunların fonunda Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir: “Təsadüfi deyil ki, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,2 faiz, qeyri-neft sektoru 14 faizdən çox, sənaye istehsalı isə 1,5 faiz artıb. Keçən il 98 min yeni iş yeri yaradılıb, ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub, inflyasiya cəmi 2,5 faiz, əhalinin gəlirlərinin artımı isə 7,4 faiz təşkil edib. Valyuta ehtiyatlarımız da 6,4 milyard dollar artıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu, son illər ərzində rekord göstəricidir. Azərbaycanın valyuta ehtiyatları artıq 52 milyard dollara çatıb. Valyuta ehtiyatımız təkcə keçən ay ərzində 1 milyard dollar artıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanda həyata keçirilən islahatlar Dünya Bankı tərəfindən təqdir edilir. Hətta “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib: “Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Bunun nəticəsidir ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan bir çox inkişaf etmiş ölkələri qabaqlayaraq dünyada 27-ci yerdədir”.
“Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, bir sıra sahələrdə mövcud problemlərə də toxundu və onların tezliklə aradan qaldırılmasına dair tapşırıqlar verdi” – deyə, Vüqar Rəhimzadə əlavə edib.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, sözügedən konfransın nəticələri Azərbaycanın dinamik inkişafını qoruyub saxladığını, insanların rifah halının yaxşılaşdığını və firavanlığını təmin edildiyini, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin getdikcə gücləndiyini isbatlayır: “Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir, ölkəmizdə aparılan islahatlar ardıcıl xarakter daşıyır. Ona görə də Azərbaycanın uğurları və nailiyyətləri beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən təqdir olunur, hətta dünyaya nümunə kimi göstərilir. Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə olaraq göstərilməsi ölkəmizin qlobal miqyasda qüdrətli bir dövlət olaraq qəbul edildiyini sübut edir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi