Avtoritetlər Lənkəranskinin Bakıdakı restoranına yığışdı – toy

img

18-09-2013 [13:15]


Dünən Bakıda yerləşən "Neon” restoranında kriminal aləmin nüfuzlu simalarından biri öz qohumuna toy edib. 

Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, Tahir Bülbüləli ləqəbli kriminal aləm təmsilçisinin qardaşı oğlunun toyunda mindən çox qonaq iştirak edib.

Mənbənin verdiyi məlumata görə, toyda dünyanın bir çox yerindən avtoritetlər iştirak edib. Məlumatda bildirilir ki, toy mərasimi möhtəşəm keçib. Məclisdə bir neçə tanınmış müğənninin də iştirak etdiyi bildirilir.

Onu da qeyd edək ki, məlumatlara görə, "Neon" şadlıq sarayı "Rövşən Lənkəranski" kimi tanınan "qanuni oğru” Rövşən Canıyevə məxsusdur. O, şadlıq sarayının idarə edilməsini yaxın adamlarına tapşırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA