BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ... - Lənkəranı yenəmi Rüfət Quliyev təmsil edəcək?
03-02-2020 [11:39]
Prezidentə müraciət edərək, özünü istefaya göndərən son parlamentin tərkibindən bir çox hakim partiya üzvlərilə yanaşı, müstəqil hesab olunan deputatların da yenidən öz namizədliklərini irəli sürməsi cəmiyyətin böyük kəsimində tənqid və narazılıqla qarşılandı.
Təkrar namizədlikləri verilən YAP təmsilçilərinin “partiyanın iradəsindən çıxış edərək” növbədənkənar seçkiyə qatılmaları kimi bir bəhanəsi ola bilər. Lakin ölkədəki islahatlarla ayaqlaşmadıqlarını dolayısı da olsa etiraf edərək, parlamentin buraxılmasına səs verən müstəqil deputatların yenidən namizəd olmalarını anlamaq çətindir.
Belə namizədlərdən biri də artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat olan Rüfət Quliyevdir. Ümumiyyətlə, Lənkəranın deputat sarıdan bəxti gətirməyib desək, yəqin ki, bizi qınayan olmaz. Xatırladaq ki, Lənkəranın digər dairəsi olan 74 saylı dairədəki deputatı da Hadı Rəcəblidir. Bu iki deputatı birləşdirən bir çox cəhətlər var ki, onlardan biri də biznesdir.
Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı omasa da, şəxsi biznesilə bağlı kifayət qədər uğurları olduğu bildirilir. Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.
O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılıb. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər.
Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi: “Xüsusilə son illərdə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır...”
Mətbuatda Rüfət Quliyevlə bağlı gedən yazılara diqqət yetirdikdə, onların böyük əksəriyyətinin deputatın biznesi, var-dövləti və pulla bağlı qalmaqallarına aid olduğunu görərsiniz. Sonuncu belə qalmaqal məhkəməyə qədər gedib çıxan 328 min dollarlıq pul davası olub.
Məlum olub ki, deputatın sələmə pul verdiyi və hətta dostu olduğu iddia edilən şəxs dünyasını dəyişdiyindən, millət vəkili onun ailə üzvlərindən pulun əvəzinə əmlak tələb edir. Həmin vaxt qarşı tərəfin vəkili jurnalistlərə müraciət edərək , “məhkəmədə hər kəs görsün ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir” deyə bildirmişdi.
Təəssüf ki, deputatın külli miqdarda pulu, var-dövləti olması və onu sələmə verməsi Azərbaycan üçün adi hala çevrilib...
Ancaq maraqlı olan öz biznesilə, var-dövlətilə məşğul olan bir adamın təkrar-təkrar deputat seçilməkdə marağı və bunun necə mümkün olmasıdır.
Normalda, müstəqil deputat arxasında hər hansı siyasi qüvvənin, ideologiyanın olmadığı bir şəxsdir. Belə şəxsin 3 dəfə ardıcıl olaraq deputat seçilməsi və dördüncüyə də iddialı olması üçün ən azından ölkə çapında tanınmasına, xarizmatik şəxs olmasına, olduqca aktiv ictimai-siyasi fəaliyyəti, geniş auditoriya tərəfindən diqqətlə izlənən çıxışları, nəhayət, heç olmasa təmsil olunduğu dairənin əhalisi qarşısında fövqəladə xidmətləri və s. digər üstünlüklərə malik olması gərəkdir. Bəs bunların hansı biri Rüfət Quliyevdə var?
Müsahibələrinin birində bu deputatın öz seçicilərilə görüşünə dair söylədiklərinə diqqət yetirin: “Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var... hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur”.
Belə çıxır ki, artıq Lənkəran camaatının bütün problemləri həll olunub və deputata söyləyəcək elə bir sözü qalmayıb. Bəlkə əksinə, əhali hörmətli deputata nəsə deməyin mənasız olduğunu anladığından ona müraciət etmir? Yaxud bəlkə bu görüşlər əgər keçirilirsə də, yalnız deputata sərf edən “ənənəvi kontingentlə” keçirilir? Axı istənilən lənkəranlı, deputatın əlindən tutub, onu işsizlikdən, imkansızlıqdan, sosial problemlərdən əziyyət çəkən yüzlərlə, minlərlə ailənin qapısına apara bilər.Təbii ki, əgər R.Quliyev həmin qapıları döymək istəyirsə...
Nəhayət, bu deputatın belə demək mümkünsə, hansı siyasi cinahı təmsil etməsinə nəzər yetirməkdə bir fayda var. Ölkədə aparılan iqtisadi, kadr və struktur islahatları, eləcə də siyasi islahatlar “köhnə qvardiyaya” aid olan və onun bosslarının qulluğunda durmuş fiqurlara yeni şəraitdə şans tanımır.
Rüfət Quliyevin hansı qrupa, hansı cinaha aid olmasına dair konkret fikir söyləməkdən uzağıq. Yalnız onun müsahibələrinin birində keçmiş MTN naziri Eldar Mahmudovla bağlı suala nostalji dolu, az qala kövrək cavabını xatırlatmamaq olmur: “Həmkarım Çingiz Əsədullayevin (Eldar Mahmudovun ən yaxın adamlarından biri, Rüfət Quliyevin dostu-red.) bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər...”
Bəs bu sırada kimlər olub və indi onlardan kimlər qalıb görəsən?
Bir də görəsən lənkəranlılar nə düşünürlər? Yenəmi Hadı Rəcəbli, yenəmi Rüfət Quliyev?...
Rasim
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi