"O, bizim balamızdır..." - Deputat Mehman Hüseynovla "rüşvət video"suna belə reaksiya verdi
02-02-2020 [12:27]
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev seçkilərdə rəqibi olan bloqer Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirərək, söhbətin tam mahiyyətini açıqlayıb və ona bütün dediklərinin bu gün də qüvvədə qaldığını bildirib.
Mia.az partiyaya istinadla bildirir ki, deputat açıqlamasında 9 fevral növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı seçki dairəsindən namizədliyini verən rəqibi Mehman Hüseynovla Partiyanın qərargahında görüşdüyünü etiraf edib:
"45 dəqiqəlik söhbətimizdən 5-6 dəqiqəlik bir paylaşım materialı düzəldərək sosial şəbəkələrdə yayıb və sonda “paylaşın” çağırışı edib. Mən də çağırışa qoşulub o materialı paylaşacağam, amma bəzi qayçılanan məqamlara da toxunaraq (hansı ki dərhal montaj hiss olunur). Mehman Hüseynova mənim xeyirimə namizədliyini geri götürməsi və vəkilim olması təklifim bu gün də qüvvəsindədir. Gələcək perspektiv üçün təkliflər də. Əgər seçki qanununa görə namizədin öz namizədliyini müddət olaraq indi geri götürmək imkanı varsa və onun mənim vəkilim kimi indi təqdim imkanı varsa. Səs yazısında deyildiyi kimi mən sözümü tutan adamam! Amma Mehman Hüseynovun cavabı dediyi kimi ən qısa zamanda olmadı. Mətbuatda oldu-o da cavab olmadı. Mən oxşar təklifi keçmiş namizəd hörmətli Ramazan Bağırova da etdim. Anlaşdıq. Komandamdadı və dəstəyini verir. Bu çox normal təklifdir və istənilən namizədin öz rəqibini dəstəkçisinə çevirərək güclənməsi seçkidə mühüm şərtlərdəndir.
Əsas məsələyə gələk. M.Hüseynovun malı-mala qatmasına. Vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (Şişdən götürülən materialı) labaratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin) ümumiyyətlə seçkidən çəkiləcəyini bildirdi. Mən ona “konsentrasiyanı pozma nəticə nə olur olsun(labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim. Bir alimə oxşar vəziyyətdə kömək etdiyimizi də bildirdim. (Oxucular yeqin ki orta məktəbdə əqrəbin çaydan keçirilməsi hekayəsindən xəbərdardı) Əslində montaj olunmuş bu səs yazısının özündə də söhbətin müalicəyə dəstəkdən getdiyi gizlədilə bilinməyib. Nə isə... Əslində bu məqamlar M.Hüseynovun hazırladığı materialda da qabarıq hiss olunur.
Görünür hər cümləni də kəsmək ciddi əlaqəsizlik yaradarmış. Mən bu münasibəti ona görə yazdım ki, gənclərimiz belə olmasın, istedadlarının faydalılıq əmsalını düşünsünlər. Elə Mehman da. O da bizim balamızdı, görünür, kifayət qədər hərtərəfli zədələnmiş və ciddi müalicəyə ehtiyacı olan balamız...”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi