Seçicilər deputatı "divara dirədi": "Sən icra başçısının əməllərini ört-basdır edirsən, bu 10 ildə harada idin?..." - VİDEO
01-02-2020 [11:57]
95 saylı Tərtər seçki dairəsindən namizəd Ziya Mahmudov həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən deputat Sahib Alıyevi seçicilərin qarşısında çətin vəziyyətə salıb.
Yenisabah.az xəbər verir ki, seçicilərlə görüşə gələn Sahib Alıyev Ziya Mahmudovun “10 il idi hardaydın?” sualı ilə üzləşib. O daha sonra deyib ki, başqa namizədlərə bu sualı vermir.
“10 il deputat olmusunuz. Başqa namizədlərə bunu eləmirəm”, - deyə Ziya Mahmudov bildirib.
Sahib Alıyev ona vəzifəsini ləyaqətlə yerinə yetirdiyini deyəndə isə Ziya Mahmudov hiddətlənərək seçicilərə xitabən deyib: “Ay camaat, aprel döyüşləri zamanı bunu görmüsünüz Tərtərdə? Lay-divar kimi oğlanları gətirdilər, xəstəxanın qabağında tabuta yerləşdirə bilmirdik. Qənirə Paşayeva orda idi, amma sən yox idin”, - deyə Ziya Mahmudov vurğulayıb.
Daha sonra bir seçici Sahib Alıyevə yaxınlaşaraq vaxtilə ona problemləri ilə bağlı müraciət etdiyini, lakin nəticəsi olmadığını deyib.
Bu zaman Ziya Mahmudov yenidən müdaxilə edərək “Müstəqim Məmmədovun (Tərtərin icra başçısı) götürdüyü 1500 hektar torpaq sahəsinin üstünü ört-basdır edirsən” deyərək onu Tərtərin icra başçısı ilə işbirliyində ittiham edib.
Sahib Alıyevin “Sən Mehracın oğlusan, böhtan atma mənə” sözünə isə Ziya Mahmudovun cavabı belə olub: “Atamı bura qatma. 10 il deputat olmusan, 10 il ərzində bir dəfə camaatın problemilə maraqlanmamısan”.
Ziya Mahmudov şəhid Mehrac Mahmudovun oğludur. Mehra Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi