DAHA 6 NAMİZƏD DEPUTATA QARŞI BİRLƏŞDİ - İqbal Məmmədovla bağlı MSK-ya rəsmi şikayət olundu + MƏKTUB
30-01-2020 [23:55]
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədlərin bir qrupu, konkret 6 nəfər seçki pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Mia.az AzToday.az-a istinadla xəbər verir ki, müraciəti namizədlər Ramil Hüseynov, Hikmət Ağayev, Vasif Qafarov, Mehriban Paşayev, Bəxtiyar Fətullayev və Təyyar Yəhyayev imzalayıb.
Müraciətdə seçki təbliğatının başlandığı gündən İqbal Məmmədovun Seçki Məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud sürətdə pozduğu və rəqibi olan namizədlərin təbliğat-təşviqat kampaniyasına icra hakimiyyətinin müdaxilə etdiyi bildirilir:
Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Məzahir müəllim!
Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyev ölkədə sosial-iqtisadi və siyasi sahədə çoxsaylı qərar və tapşırıqlar verib. Dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirləri xalq tərəfindən böyük rəğbətlə qarşılanıb.
Cənab Prezidentin islahatlarının davamı olaraq, Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsilə bağlı tapşırıqları da ölkə vətəndaşlarının maraqlarına xidmət edir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Parlamentin biraxılmasında məqsəd vətəndaşların öz inandıqları şəxsi seçməsinə şərait yaratmaqdır. Biz – qeydə alınmış namizədlər də cənab Prezident İlham Əliyevin apardığı demokratik islahatlara arxalanaraq VI çağırış Milli Məclisə 78 saylı Lerik Seçki Dairəsindən seçkilərə qatılmışıq.
Lakin qanunvericiliyə əsasən, 17 yanvar 2020-ci ildən başlayan təbliğat-təşviqat kompaniyasının başlandığı gündən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədov seçki məcəlləsinin 69-cu maddəsinin bəndlərini kobud şəkildə pozmaqda davam edir. Belə ki, İqbal Məmmədovun vəkili Cəlil Baxşiyev qanuna zidd olaraq Lerik rayonu İcra Hakimiyyətinin binasında oturur (əvvəlki iş yerində). Rayon İcra Hakimiyyətinin binasından ərazi icra nümayəndələrinə, seçki məntəqələrinin sədrlərinə, digər vəzifəli şəxslərə tapşırıqlar verir, bir sözlə, bütün inzibati resursları işə salaraq deputatlığa namizəd İqbal Məmmədovun lehinə səs toplamaq üçün təzyiqlər edir. Dövlət strukturlarında işləyən insanları məcburi şəkildə İqbal Məmmədovun görüşlərinə aparırlar. Eyni zamanda, ərazi icra nümayəndələri və yerli bələdiyyələr, seçki məntəqələrinin üzvləri və sədrləri, o cümlədən müəssisə rəhbərləri İqbal Məmmədovla görüşləri təşkil etməyə səfərbər edilir. Qanunvericiliyə zidd olaraq həmin vəzifəli şəxslər İqbal Məmmədovun yerlərdəki görüşlərinə təşkilatçılıq edirlər.
Digər namizədlərin təbliğat-təşviqat görüşlərinə gələnlər isə, özlərinin və ailə üzvlərinin işlədikləri iş yerlərindən azad ediləcəyi, hətta təqaüdçü və müavinətlər alanlar pensiya və müavinətlərin kəsiləcəyi ilə təhdid edilir.
Deputatlığa namizəd İqbal Məmmədov qanunvericiliyə zidd olaraq özünü dövətin nümayəndəsi və artıq seçilmiş deputat kimi vətəndaşlara təqdim edir. Cəlil Baxşiyev və yerli idarəetmə orqanlarının birbaşa müdaxiləsi ilə ərazi icra nümayəndələri yerlərdə vətəndaşlara təziqləri davam etdirirlər.
Deyilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının seçki qanunvericiliyini kobud şəkildə pozan deputatlığa namizəd İqbal Məmmədovun namizədliyinin ləğv edilməsi və aidiyyati orqanlar qarşısında qanunvericiliyin bərpa olunması ilə bağlı tədbirlər görməyinizi xahiş edirik”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi