Rauf Arifoğlu 35-də deyil, 34-cü dairənin ərazisində görüşlər keçirib? - İqbal Ağazadə rəqibi haqda elə iddia irəli sürdü ki...
30-01-2020 [21:27]
Mühacir bloger Həbib Müntəzir və Milli Şuranın sədri Cəmil Həsənlisosial şəbəkələrdə siyahı dərc ediblər. Bu siyahıda deputatlığa namizədliyini vermiş şəxslərdən hansıların mütləq şəkildə deputat olacağına dair iddialar var və konkret adlar yer alıb.
35 saylı Xətai 3-cü seçki dairəsindən namizdliyini irəli sürmüş Əməkdar jurnalist Rauf Arifoğlunun da adı siyahıda qeyd edilib. Eyni dairədən “Ümid” partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürüb və hazırda hər iki namizəd həm aktiv şəkildə təbliğat- təşviqat kampaniyası aparır, həm də aralarında gərgin seçki mübarizəsi gedir.
Mia.az xəbər verir ki, Bizimyol.info siyahıda çəkilən namizədlərdən və onların rəqiblərindən məsələyə münasibət öyrənib.
Rauf Arifoğlu qeyd edib ki, seçkiqabağı dayanmadan iş görür, seçicilərlə görüşür, vətəndaşların problemlərini dinləyir:
“Arı kimi gecə-gündüz işləyirik. Soyuqda, küçədə işləyirik. Bizim əməyimiz kənardan da görünür. Bunu yəqin dostlar da görür, rəqiblər də. Əgər dost kimi paylaşıblarsa, sağ olsunlar. Amma qərəzli bir paylaşımdırsa, bilməlidirlər ki, 35 saylı dairədə saxtalaşdırma mümkün deyil. Burda ciddi yarış gedir, monitorinqlər aparılır və hansısa bir qeyri-ciddi addım atıla bilməz. Mən əminəm ki, Rauf Arifoğlu çox ciddi fərqlə deputat adını qazanacaq.Biz çox böyük fərqlə üstünük, öndə gedirik”.
İqbal Ağazadə isə bildirib ki, bu siyahının necə tərtib olunması barədə suala yalnız siyahını dərc edənlər və haklimiyyət cavab verə bilər:
“Mən deyə bilmərəm bu təxribatdır, ya yox. Paylaşanlardan soruşun ki, siyahı sizdə hardandır? Mən əminəm ki, namizəd olduğum dairədən seçiləcəm. Sonradan saxtalaşdıracaqlarmı? Bu, başqa mövzudur. Hərçənd, o qədər də sadə məsələ deyil. Əgər saxtalaşdırma faktları olacaqsa, biz də öz mövqeyimizi ortaya qoyacağıq. Bu siyahını paylaşanların problemidir , mənim problemim deyil.
Rauf Arifoğlunu isə o dairədə tanımırlar. Gəlin sərbəst jurnalistlər və nümayəndələr birlikdə sorğu keçirin, araşdırma aparın, görün, orda Rauf Arifoğlunu çox tanıyıb, hörmət edirlər , yoxsa məni.
Rauf Arifoğlu 35-ci seçki dairəsindən namizədliyini irəli sürsə də, 34-cü dairənin ərazisində niyə görüşlər keçirir, başqa yer yox idi? Onun möhtəşəm adlandırdığı görüşlərdən mən də keçiririəm. Görüşünə gələnlər də öz adamlarıdır. Bu kimi siyahıların yalan olub-olmamasını araşdırmağa vaxtım yoxdur”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi