"Bundan sonra nə iş görə bilərəm ki?!" - Seçkidən kənarda qalan deputatlardan maraqlı açıqlamalar
30-01-2020 [20:24]
Beşinci çağırış Milli Məclisdə təmsil olunan 31 deputat növbədənkənar parlament seçkilərində iştirak etmir.
Mia.az xəbər verir ki, Modern.az-ın əməkdaşı həmin deputatlardan bir neçəsi ilə əlaqə saxlayaraq onların bundan sonra nə işlə məşğul olacaqlarını soruşub.
Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olmuş Əliağa Hüseynov başını aşağı salıb həyatını yaşayacağını deyib:
“Mən təqaüdçü adamam. Bundan sonra nə iş görə bilərəm ki?! 74 yaşım var. Başımı aşağı salıb həyatımı yaşayıram. İmkan daxilində əsgərlərlə görüşlərə dəvət edirlər. Mən də onlarla görüşlərə gedirəm. Öz hərb təcrübəmdən onlara danışıram”.
YAP üzvü Rafiq Məmmədhəsənov isə suala qəzəblənərək cavab verib: “Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?! Bu barədə mənə sual verməyin!”.
YAP üzvü Dilarə Cəbrayılova isə pedaqoji fəaliyyətini davam etdirəcəyini bildirib:
“Milli Məclis mənim üçün həyat məktəbi idi. O yolu şərəflə keçdim. Yeni Azərbaycan Partiyasına minnətdaram ki, mənim namizədliyimi irəli sürdü. Ötən 4 il ərzində Bakı kəndlərində insanlarımızla ünsiyyətdə oldum. Həmçinin Bakı kəndləri arasında Milli Məclisdə təmsil olunan qadın oldum. Bu, özü tarixə düşmüş hadisədir. Bundan sonrakı fəaliyyətimi tam olaraq qərarlaşdırmamışam. Pedaqoji fəaliyyətimi davam etdirirəm. Gənclərin vətənpərvər böyüməsinə çalışıram. Gələcəkdə siyasətdə olub-olmayacağımı dəqiqləşdirməmişəm. Ola bilsin ki, heç olmayım. Sadəcə çalışacam ki, ölkədə gedən proseslərə fikirlərimi bildirim”.
YAP üzvü Mirzəcan Xəlilov isə xeyriyyəçiliklə məşğul olacağını deyib: “Kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam. Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu, davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi