"Hakimiyyətin əkməyinə yağ sürürlər..." - Cəmil Həsənli seçki ilə bağlı siyahı yaydı, namizədlər etiraz etdi
30-01-2020 [12:35]
Milli Şura ilə Respublikaçı Alternativ Partiyası (REAL) arasında növbəti dəfə gərginlik yaranıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu dəfə gərginliyə səbəb Milli Şuranın sədri Cəmil Həsənlinin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində mandat qazanacaq şəxslərin siyahısını yaymasıdır.
Cəmil Həsənli bildirib ki, siyahı icra strukturlarından, Dairə Seçki Komissiyalarından və hakimiyyətə yaxın müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında hazırlanıb.
Milli Şura sədrinin bu addımı bəzi müstəqil namizədlər və REAL tərəfindən təpki ilə qarşılanıb. Onların fikrincə, seçki olmamış bu tip siyahılar yaymaq insanlarda seçkilərə inamı sarsıtmağa, hakimiyyətin əlinə oynamağa xidmət edir.
Məsələn, keçmiş deputat Nazim Bəydəmirli yayılan siyahı ilə bağlı deyib: “Mən hesab edirəm ki, müxalifət liderləri (hazırda prof.Cəmil Həsənli) 9 fevralda hakimiyyət tərəfindən artıq "seçilmiş deputat siyahıları" elan etməklə milyonlarla seçicilərə, 100-lərlə namizədlərə yumşaq desəm, haqsızlıq edir, insanları seçki institutuna inamlarını daha da sarsıtmağa, seçki fəallığını azaltmağa cəhd edir...
Mənim mövqeyim ondan ibarətdir ki, seçki günü qalibi hər kim elan etsə də, qalibin legitimliyi bütün sivil dünyada olduğu kimi, ancaq mübarizəyə qoşulanlar tərəfindən tanındıqda keçərlidir. Mən isə öz qalibiyyətimə əminəm!”
Nazim Bəydəmirli 104 saylı Tovuz-Gədəbəy seçki dairəsindən namizəddir. Cəmil Həsənlinin yaydığı siyahıda onun adı yoxdur.
Ən sərt təpki isə REAL-ın icra katibi Natiq Cəfərlidən gəlib.
“Dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayır, "siyahı" yayaraq seçkini gözdən salırlar. Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər.
Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllərdə insanları seçkiyə səsləyirik, seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq - bunlar isə köhnə kfaları və öz qaranlıq keçmişləri ilə mane olurlar - yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz? Bu zay sistemin bir parçası olmaqdan bezmədinizmi?!
Bu sistemi siz qarışıq tarixə göməcəyik!”, - deyə REAL yetkilisi bildirib.
Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəddir. Cəmil Həsənlinin yaydığı siyahıya görə Natiq Cəfərlinin mandatı təmin olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi