"Budur, həmin bağışlanmaz kobud səhvi buraxdılar, niyə Sadiq Mahmudov..." - Könül Nurullayevaya sərt ittihamlar
26-01-2020 [19:27]
Fevralın 9-da keçiriləcək parlament seçkilərində əsas diqqət mərkəzində olan dairələrdən biri də 24 saylı Nizami birinci seçki dairəsi sayıla bilər.
Mia.az xəbər verir ki, YAP buradan "SOCAR PETROLEUM" QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayevin namizədliyini versə də, burada çox incə bir nüans da var. O da "Eventoc" Tədbir Əməliyyat Komitəsinin Baş direktorunun müavini kimi seçkiyə qatılmış Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayevanın da seçki yarışına start verməsidir.
Xatırladaq ki, bu dairənin əvvəlki deputatı SOCAR prezidenti Rövnəq Abdullayev olub. Elə xanım Nurullayeva da bu faktoru nəzərə aldığını deyərək, Keşlədəki ilk görüşünə SOCAR prezidenti ilə birgə qatıldığını bəyan edib. Hərçənd, bu görüş onun rəqibləri tərəfindən sərt etirazla qarşılanıb. Lakin 1985-ci il doğumlu Könül xanım bu məsələdən "dairənin əvəvlki deputatından xeyir-dua almaq" izahı ilə çıxmağa çalışıb.
Ancaq görünən odur ki, rəqibləri bu faktdan seçki sonuna qədər, hətta ondan sonra da istifadə edərək, seçkinin üzərinə "qara bulud" sərməyə davam edəcək.
Yeri gəlmişkən, bu dairədən başqa nüfuzlu şəxslər də namizədliyini irəli sürüb.
Onların arasından xüsusən iki namizədin adlarını şəkmək olar. Biri Müsavat partiyasının rəsmi namizədi, BDU-nun professoru Nəsiman Yaqublu, digəri isə tanınmış iqtisadçı ekspert Qulu İbrahimlidir.
Maraqlı məqamlardan biri də budur ki, buradan seçkiyə qatılmış Ədliyə Nazirliyinin Baş Tibb İdarəsinin şöbə müdiri Rafiq Xudayev kimi iddialı namizəd də bəlli olmayan səbəbdən geri çəkilib.
Beləliklə, meydanda YAP-ın namizədi, Könül Nurullayeva, Nəsiman Yaqublu və iqtisadçı Qulu İbrahimli kimi iddialı namizədlər qalıb.
Və bu namizədlərdən bəziləri, xüsusi ilə Qulu İbrahimli Könül Nurullayevanın təbliğat kampaniyasına neftçilərin məcburi səfərbər edilməsini etirazla qarşılayıb.
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində sərt status yazıb.
Bildirib ki, K.Nurullayevanın seçki qərargahına SOCAR prezidentinin köməkçisi Sadiq Mahmudovun rəhbərlik etməsi qəbul olunan deyil:

"Sadiq Mahmudov Könül xanımın seçki qərargahının rəhbəri təyin olunub...
Mən də ilk dəfə adını eşitdiyim rəqib xanımı araşdırandan sonra bildirdim ki:
- Birincisi, heç kimin tanımadığı rəqibim seçicilərin qarşısına çıxıb kampaniya apara, danışa bilməyəcək, nitqində səhvlər buraxacaq və burda seçicilərin rəyi baxımdan hər şey aşkara çıxacaq;
İkincisi, Rövnəq müəllimin seçki komandasının demokratik, ədalətli rəqabət, islahatlar mühitində işləyə bilmək təcrübəsi yoxdur, hər şeyi vərdiş etdikləri kimi köhnə qaydada edəcəklər. Nəticədə, rəqibin özü və seçki qərargahı seçki kampaniyası vaxtı elə bir kobud səhv buraxacaqlar və kuryoz hal yaradacaqlar ki, bunu heç cürə malalamaq, bəraət qazandırmaq mümkün olmayacaq. Yuxarılar, yəni Könül xanımı deputat etməyi tapşıranlar da qəzəblənəcək. Yuxarılar da ümumən seçkilərə kölgə salmamaq, islahatla bağlı nə vaxtdır edilən çağırışlara əhalidə, xüsusən intellektual, ziyalı kəsimdə inamı sarsıtmamaq, beynəlxalq aləmin qınağına tuş gəlməmək üçün rəqib xanımın daha üzərində durmayacaq. İslahatları dəstəkləyən bir iqtisadçı kimi özüm qalib gəlib, deputat olacağam.
Budur, həmin bağışlanmaz kobud səhvi buraxdılar. Rövnəq müəllim onsuz da əvvəldən Könül xanımın seçki qərargahında olurdu, tapşırıqları verirdi. Mənim özüm gec başladığım seçki kampaniyama start vermə anı olan Keşlə parkındakı tədbirdən bir gün öncə Rövnəq müəllim səngərdən üzə çıxmağa məcbur qaldı. Könül xanımı, seçki qərargahını yanına salıb, Keşlə məscidində dindar və ağsaqqallarla "ayaqqabılı təbliğat" görüşü keçirdilər...Ən qəribəsi də odur ki, qanuna, dinə zidd olan bu görüş barədə özlərinə yaxın mediada geniş bəhs edilir.
Xəbərim var. Rövnəq müəllimə seçki qərargahından deyilib ki, hətta öz adamları olan "əhali" ilə görüşlərdə, qurduqları görüş tamaşa-teatrlarında belə, xanım namizəd danışa, ünsiyyət qura bilmir, səhvlər olur, biabır olurlar. Camaat ona səs verməyəcək. Qulu İbrahimli namizədliyini geri götürmədi, seçki kampaniyasına başlayır. Qulu sosial mediada öz fikirləri, çıxışları, insanlarla görüşdə açıq üstünlük qazanacaq. Rövnəq müəllim özü açıq efirə çıxmalı, xanım namizədi dəstəkləməlidir ki, ona hörməti olanlar heç olmasa səs versin, öz adamları olan "əhali" ilə görüşlərdə gördükləri kuryoz halları ətrafa çıxarmasınlar.
Beləliklə, Könül xanım və seçki qərargahı qaş düzəltmək istədikləri yerdə vurub göz çıxardıblar...".
Qulu İbrahimli daha sonra seçicilərinə çağırış edib: "Baxın, bütün bunların fonunda 24 saylı Nizami birinci seçki dairəsindən Könül Nurullayevanın deputat edilməsinə necə baxmaq olar, ölkə əhalisi və beynəlxalq aləmdə 2020 Milli Məclisinə necə etimad qazandırmaq olar? Həmin dairədən mən Qulu İbrahimliy iqtisadçıya səs verin, dəstək olun! Xahiş edirəm. Ölkəni və xalqımızı rəzil etməyək!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi