YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi
25-01-2020 [14:09]
Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb.
Bu barədə YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, YAP Siyasi Şurası və İdarə Heyəti tərəfindən partiyanın seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib:
“Partiyanın İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə partiya tərəfindən 125 seçki dairəsindən 123-də deputatlığa namizəd irəli sürülüb. Partiya üzvlərinə də bu qərarda tövsiyə olunurdu ki, partiyanın qərarından kənar hər hansı şəxs partiya adından namizədliyini irəli sürə bilməz. Bununla bağlı rayon təşkilatları, ilk partiya təşkilatları tərəfindən partiya üzvləri arasında geniş işlər, söhbətlər aparıldı, hər bir YAP üzvünə partiyanın qərarı çatdırıldı.
YAP Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var. Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.
YAP icra katibinin müavini qeyd edib ki, seçki kampaniyası çox ciddi aksiyadır: “Bu prosesdə partiyanın qərarları yekdilliklə yerinə yetirilməlidir. Burada gücün bir istiqamətdə qoyularaq partiyanın ümumi qələbəsinə sərf olunması lazımdır.
Əlavə namizədliyini irəli sürən Azərbaycan Respublikasının vətəndaşları və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidir. Bu baxımdan YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü.
Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi