Vasif Talıbov, Səttar Mehbalıyev, Siyavuş Novruzov, Eldar İbrahimov... - Naxçıvanda "rəqibsiz" seçki "yarışı"
24-01-2020 [12:38]
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb.
Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var.
Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.
Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb/APA.
Mia.az xatırladır ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin sözsüz ki, fovariti Ali Məclsin sədri Vasif Talıbovdur. Onun cəmi iki rəqibi var. Ancaq şübhə yox ki, istər BQP-li, istərsə də həkim rəqibi ona problem yaradacaq gücdə deyillər...
2 saylı Şərur seçki dairəsindən isə YAP-ın namizədi AMEA-nın vitse-prezidenti, eyni zamanda, Naxçıvan Gömrük Komitəsinin sədrinin atası İsa Həbibbəylidir. Akademikin təqaüdçü və orta məktəb müəllimi olan hər iki rəqibinin ona kiçik də olsa problem yaratmayacağı dəqiqdir.
3 Saylı Babək-Gəngərli –Naxçıvan seçi dairəsi: hamı yaxşı bilir ki, bu dairədən deputat “həmkarlar”ın sədri Səttar Mehbalıyev olacaq. Onun hər iki rəqibi – Babak rayonunun Didivar kənd orta məktəbinin direktoru Hüseynqulu Bədəlovla həmrayonlusu, Gəngərli rayon Melorasiya və Su Təsərrüfatı idarəsinin rəisi Nəriman Quliyev formal namizədlərdir.
4 saylı Naxçıvan şəhər seçki dairəsindən hakim partiyanın namizədi olan deputat Eldar İbrahimovun da Naxçıvandakı digər dairələr kimi, cəmi 2 rəqibi var. O, Fazil Mustafanın lideri olduğu partiyanın (BQP) işsiz namizədi ilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyindəki birlikdə ekspert olan rəqibi ilə “döyüşəcək”. Əlbəttə, əıgər buna “döyüş” demək olarsa...
5 saylı Şahbuz-Babək seçki dairəsində isə digər dairələrdən fərqli olaraq, hakim partiyanın namizədi, deputat Siyavuş Novruzovun 3 rəqibi var. Maraqlıdır ki, Novruzovun rəqiblərindən biri öz təşəbbüsü ilə seçkiyəq qatılmış YAP üzvü, Naxçıvan AMEA-nın kişik elmi işçisi Qədir Məmmədovdur. Digər iki rəqibi isə Kardioloji Mərkəzin Baş həkimi Ramin Acıyevlə orta məktəbdə rus dili müəlliməsi Mehriban Həsnovadır.
6 saylı Culfa-Babək seçki dairəsindən isə hakim partiyanın namizədi deputat Həmzəyeva Ülviyyə Tapdıq qızıdır. Onun 4 rəqibinin də görüntü xatirinə seçkiyə qatılması ilk baxışdan anlaşılır.
7 saylı Ordubad-Culfa seçki dairəsindən isə həm YAP-ın, həm də MR rəhbərliyinin namizədi MR Gənclər Fondunun icraçı direktoru Quliyev Cəbi Hüseyn oğludur. Onun iki rəqibi məktəb direktoru, digəri isə Odlar Yurdu Universitetinin saat hesabı işləyən müəllimdir. Odur ki, Cəbi Quliyevi qarşıda parlamentdə deputatlarıln arasında görəcəyimizə şübhə edilmir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi