YAP Siyasi Şura üzvü: "Onların ümumi sərvəti 500 milyard dollardan çoxdur"
23-01-2020 [19:16]
"Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayıb. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən Foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur. Forum, həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirib. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur".
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Davosda hər il yüksək səviyyədə təmsil olunan Azərbaycan bu dəfə də Forumun iştirakçıları sırasındadır: “Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində indiyədək müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edib. “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan və OPEC-in baş katibi Məhəmməd Barkindo, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, Polşa Respublikasının Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. Prezident İlham Əliyev, eyni zamanda, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” və “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclaslarda iştirak edib. Görüşlərdə qeyd olunub ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşmasına, yeni layihələrin həyata keçirilməsinə gözəl zəmin yaradır”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının davamlı olduğunu isbatlayır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu dərəcədə yüksək səviyyəli, səmərəli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan böyük maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, əksinə, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.
“Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, söylənilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının ölkəmizə olan marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətləri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür: "Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsi və nümunə göstərilməsi xüsusilə qürurverici hadisə kimi qiymətləndirilməlidir. Bu da onu göstərir ki, Azərbaycan dünyada ciddi və qüdrətli bir dövlət kimi qəbul edilməkdədir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi