"Həvəskarların Milli Məclisə nə üçün can atdıqlarını anlaya bilmirəm" - Sabiq nazir seçkidən geri çəkilməsini belə izah etdi
12-01-2020 [19:03]
"Mətbuatda deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürdüyüm barədə əsassız yazılara rast gəlirəm. Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim".
Mia.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
O bildirib ki, Sumqayıt 41 saylı seçki dairəsindən deputatlığa namizədliyini Ana Vətən Partiyası (AVP) irəli sürüb: "Ana Vətən Partiyasının bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub. Bildiyim qədər onlardan cəmisi 10-u qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı Sumqayıt şəhəri 41 saylı seçki məntəqəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd olmaq olar?
Namizəd olmayan birisi namizədliyini necə geri götürə bilər? Absurddur, deyilmi? Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin".
Sabiq nazir bildirib ki, seçkiyə getmək qərarında olsaydı, heç kimin də qarşısından geri çəkilməzdi: "Bundan öncəki seçkilərdədə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, paralment auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtılə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə Dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm. Doğrusu budur. Orada oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların isə, ora nə üçün can atdıqlarını heç anlaya bilmirəm".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi