ARİF HACILI İLƏ SƏRDAR CƏLALOĞLUNUN ÜZ-ÜZƏ GƏLDİYİ DAİRƏ: iqtidar qalmaqallı deputata dəstək verəcək, yoxsa...
11-01-2020 [12:51]
Fevralın 9-da keçiriləcək erkən parlament seçkiləri ilə bağlı namizədlərin təsdiqlənməsi mərhələsi hələ tam başa çatmamış, indidən bəzi dairələr cəmiyyətin xüsusi diqqətindədir.
Mia.az bildirir ki, belə dairələrdən biri də 15 saylı Yasamal birinci seçki dairəsidir.
Bəzi iddialara görə, həmin dairədən YAP-ın toplumda o qədər də tanınmayan Tibbi Universitetinin dosenti Rauf Nəriman oğlu Nağıyevin namizədliyini irəli sürməsi, iqtidarın bu dairədən tamam başqa bir şəxsi parlamentdə görmək istədiyi qənaəti yaradıb. Bəziləri iddia edir ki, bu, biznesmen-deputat, karateçi Ülvi Quliyevdir. Lakin həmin dairə üzrə Müsavat başqanı Arif Hacılının, ADP sədri Sərdar Cəlaloğlunun və digər tanınmış şəxslərin də namizədliklərinin təsdiqlənməsi göstərir ki, budəfəki seçki də Ülvi Quliyev üçün asan keçməyəcək.
Məlumata görə, hələlik 42 namizədin təsdiqləndiyi dairə üzrə AMİP funksioneri, əslən yasamallı Elşən Mustafayev, BAXCP rəsmisi, jurnalist Elçin Mirəzəbəyli, Elçibəyn qardaşı oğlu Hürrü Əliyev, "Əsa" teatrının təsisçisi Nihad Quluzadənin və digər tanınmış şəxslərin seçkiyə qatılması da, bu dairədə mübarizənin gərgin keçəcəyini göstərir: "Bəli, birmənalı şəkildə demək olar ki, MSK-nın açıqladığı namizədlər siyahısına diqqət etdikdə, ölkə üzrə maksumum 40 dairədə ciddi və gərgin mübarizə keçəcək ki, onlardan biri də 15 saylıdır. Düzdür, çoxluq iddia edir ki, hakimiyyət resursları bu dəfə də biznesmen Ülvi Quliyevin qələbəsinə səfərbər ediləcək. Ancaq bu ehtimal bu dəfə keçərli olmaya bilər. Mənim fikirimcə, YAP-ın bu dairədən zəif namizəd irəli sürməsi, hələ o demək deyil ki, bu, Ü.Quliyev üçündür. Düşünürəm ki, haqqında kifayət qədər qalmaqallı xəbərlər yayılan, xaricdə və ölkə daxilində böyük biznesi olan, eyni zamanda, Prezidentin son zamanlar tikinti sektorunda şəhərin görkəminin bərbad günə qoyulmasını xüsusi qabartması da, deputat Ü.Quliyevin (Onun şəhərdə yüksəkmərtəbəli binalar tikdirməsi sirr deyil - red.) seçki imkanlarına mənfi çalar gətirən hallar olacaq. Əgər rəqibləri bu faktorlardan ustalıqla istifadə edərsə, o zaman vəziyyət daha da fərqli hal alacaq. Söz yox ki, Ü.Quliyev bu seçkidə iri pullar xərcləməklə seçkiyə xüsusi rəng qatacaq. Lakin YAP-ın bəzi namizədləri kimi, sonda onun da adı qütudan qalib kimi çıxmaya bilər.
Hesab edirəm ki, ADP sədri Sərdar Cəlaloğlunun bu dairəyə yönləndirilməsi də, təsadüfi deyil. Düzdür, bu, Ülvi Quliyevə görə deyil, böyük ehtimalla Arif Hacılı faktoru ilə bağlıdır. Necə ki, Xətaidə İqbal Ağazadə ilə Rauf Arifoğlu üz-üzə gətirilib, bu dairədə də bu iki partiya sədri sanki məqsədli olaraq qarşı-qarşıya gətirilib. Böyük ehtimalla Sərdar Cəlaloğlu seçkidə uduzacağı təqdirdə, Arif Hacılıdan fərqli olaraq, rəqibinin əlini sıxacaq, onu təbrik edəcək ilk namizəd olaraq. Və bu da iqtidarın bu dairə üzrə "demokratik mühit" yaratma rəyini qüvvətləndirəcək".
Ehtimal olunan qalibə gəldikdə isə, ilkin rəyə görə, bu seçkidə əsas mübarizə yuxarıda adları qeyd edilənlər arasında gedəcək: "Hesab edirəm ki, hakimiyyətin bu dairə üzrə hələlik kimə dəstək verəcəyini konkretləşdirməyib. Bu, seçkinin gedişindən aslı olaraq, hər an dəyişə bilər. Bu dairədən Arif Hacılının da, Elşən Mustafayevin də, Nihad Quluzadənin də deputat seçilmək imkanları kifayət qədər çoxdur. İstisna deyil ki, hakimiyyət seçkiyə xüsusi çalar vermək üçün Arif Hacılıya mane də olmasın".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi