GÜRCÜSTANIN İŞĞAL OLUNMUŞ BÖLGƏSİNDƏ ETİRAZÇILAR DÖVLƏT QURUMLARINA HÜCUM ETDİ - Rəsmi Tbilisidən ilk mesaj + FOTOLAR
09-01-2020 [21:36]
Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində etiraz aksiyası başlayıb.
APA xəbər verir ki, ötən il sentyabrın 8-də keçirilən qondarma “prezident seçkiləri”nin ikinci turunun nəticələrinin ləğv edilməsini tələb edən etirazçılar bu gün səhər saatlarından Suxumidə küçələrə çıxıblar. Günun sonuna doğru “prezident sarayı”na hücum edən 500-dək etirazçı isə binanın pəncərələrinin şüşələrini sındıraraq işçəri daxil olub.
Məsələ ilə əlaqədar açıqlama verən separatçı respublikanın defakto rəhbəri Raul Xacimba hadisələri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirdiyini bildirib və qondarma respublikanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırıb. O, hadisələrin gedişindən asılı olaraq, fövqəladə vəziyyət rejimi tətbiq edə biləcəyini istisna etməyib.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə baş verən hadisələrə "Twitter" hesabı üzərindən reaksiya verib. Xanım prezident bildirib ki, Suxumi və Abxaziyada gedən prosesləri yaxından izləyir.
“Suxumidəki hadisələri və işğal edilmiş Abxaziyada vətəndaşlarımızın təhlükəsizliyini, taleyini və insan haqlarını yaxından izləyirəm”, - deyə S.Zurabişvili qeyd edib.
Qeyd edək ki, ötən il avqustun 25-də Gürcüstanın Abxaziya bölgəsində qondarma “prezident seçkiləri” keçirilib. Seçkilərin sentyabrın 8-də baş tutan ikinci turundan sonra Raul Xacimbanın yenidən qələbə qazandığı elan edilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin seçkilərin və onun nəticələrinin tanınmadığına dair bəyanat yaymışdı.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, - deyə XİN-in açıqlamasında qeyd edilmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi