ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb
07-01-2020 [14:26]
Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə missiyasını rəsmi olaraq açıq elan edib.
"Report" xəbər verir ki, bu barədə müşahidə missiyasının rəhbəri Piter Teyler (İsveç) bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O, missiyanın Azərbaycan hökumətinin rəsmi dəvəti ilə həyata keçiriləcəyini xatırladıb.
Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.
DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək.
"Qısamüddətli müşahidəçilər seçkidən bir neçə gün sonra ölkəni tərk edəcək, uzunmüddətli missiya nümayəndələri isə qalaraq seçkidən sonrakı dövrü müşahidə edəcək. Biz bütün ölkələrdə olduğu kimi, eyni əsasda işləyirik. Azərbaycandakı işimiz fərqlənmir. Buraya yalnız seçkiləri müşahidə etmək üçün, heç bir qərəz olmadan gəlmişik. Bu seçkiləri daha əvvəl ölkədə keçirilən və digər ölkələrdəki seçkilərlə müqayisə etmək niyyətində deyilik”, - missiya rəhbəri P.Teyler deyib.
Onun sözlərinə görə, Bakıya gələn uzunmüddətli müşahidəçi missiyası namizədlərin qeydiyyatını, təşviqat işlərini, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işini, hüquqi bazanın tətbiqini və s. müşahidə edəcək. Müşahidə çərçivəsində missiya həmçinin KİV-də kampaniyaların aparılmasını da monitorinq edəcək.
Seçki günü DTİHB missiyası ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri ilə birlikdə seçki məntəqələrinin açılmasını, səsverməni, səslərin sayılmasını və onlara yekun vurulmasını müşahidə edəcək.
P.Teylerin sözlərinə görə, ATƏT DTİHB missiyası müşahidə zamanı aralıq hesabat dərc edəcək, eləcə də seçkidən bir gün sonra ilkin hesabat hazırlayacaq. Bütün seçki prosesinin nəticələrinin və tövsiyələrin yer alacağı yekun hesabat isə seçki prosesinin bitməsindən, təxminən, iki ay sonra dərc olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi