PARLAMENTİN BURAXILMASINA SƏS VERƏNLƏR... - O deputatlar yenidən niyə namizəd oldular?
25-12-2019 [11:25]
9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir.
Artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.
Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Sahib Alıyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır.
Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Milli Məclisin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər uzağa gedən nəticələr çıxararaq növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən cüzi fərqlənəcəyini bildirirlər. Halbuki növbədənkənar seçkilər elan ediləndə cəmiyyətdə Milli Məclisin dəyişyəcəyinə böyük ümid yaranmışdı. Məhz bu ümiddir ki, növbədənkənar seçkilərə marağı artırıb.
Lakin bədbin olmayan ekspertlər də var. Onların fikrincə, adıçəkilən şəxslərin namizədliklərini irəli sürmələri onların deputat seçilməsi demək deyil. Onların fikrincə, ötən seçkilərdə hakim partiyanın dəstəyilə parlamentə düşən bu şəxslərə növbədənkənar seçkilərdə belə bir dəstyin olacağı barədə qəti qərar yoxdur. Ona görə də tələsik nəticələr çıxarıb bədbinliyə qapılmaq doğru deyil.
Yenisabah.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi