"Bu məmurlar mənimsədikləri pulları qaytarmalıdırlar..." - Hüquqşünasdan icra başçılarının həbsinə maraqlı şərh
20-12-2019 [13:51]
“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, müavini Ramiz Tatarovun və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun korrupsiyaya yol verdiklərinə görə saxlanmaları Azərbaycanda həyata keçirilən islahatların davamıdır”.
Mia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, bundan sonra korrupsiyaya yol verən məmurlara qarşı aparılan mübarizənin bu şəkildə həyata keçiriləcəyi qaçılmazdır:
“Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev müavini Ramiz Tatarov ilə birlikdə sahibkarlardan rüşvət alıblar və dövlət tərəfindən ayrılan pulları da mənimsəyiblər. Hamımız bilirik ki, rayon icra hakimiyyətlərinin rəhbərlərinin əksəriyyəti bu işlə məşğuldurlar. Sadəcə olaraq, bu günə qədər onlarla mübarizə bu səviyyədə aparılmırdı. Korrupsiyaya yol verən icra başçılarına qarşı mübarizə çox yaxşı haldır. İndiyə qədər bu şəkildə mübarizə olmamışdısa, hesab edirəm ki, bundan sonra mübarizə daha sərt şəkildə davam edəcək. Çünki cənab Prezident son təyinat alan rayon icra hakimiyyətlərinin başçılarını qəbul edərkən də xəbərdarlıq etdi. Biz dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayanların taleyini gördük”.
Hüquqşünas bildirib ki, Azərbaycanda sözün əsl mənasında yeni dövr başlayır:
“Ümid edirəm ki, bu proses davam edəcək və korrupsiyaya, rüşvətxorluğa yol verən, vətəndaşları, sahibkarları incidən məmurlar həbs olunacaq. Bu, həm hazırkı icra başçılarına, həm də sabiq icra başçılarına aiddir. Çünki hər kəs qanun qarşısında cavabdehdir. Çox yaxşı oldu ki, Dövlət Təhlükəsizliyi Xidməti keçirdiyi əməliyyatın görüntülərini ictimaiyyətə təqdim etdi. Əminəm ki, bundan sonra məmurlar düzgün nəticə çıxaracaqlar. Çünki sabah hər hansı sahibkar və ya sadə vətəndaş məmurlar tərəfindən təzyiqlərə məruz qalanda şikayət edəcəyini bildirəcək. Düşünürəm ki, hazırkı icra başçıları bundan sonra daha qanunsuz əməllərə yol verməyəcək. Hesab edirəm ki, törətdiyi əmələ görə cavab verməlidir. Məndə böyük ümidlər var ki, bu proses parlament seçkilərindən sonra daha da güclü şəkildə davam edəcək”.
Ə.Həsənov vurğulayıb ki, korrupsioner icra başçının həbs olunması orada sahibkarlığın inkişafına daha da yol açacaq:
“Əvvəlcə, saxlanılan bu məmurlar mənimsədikləri pulları qaytarmalıdırlar. Onların bu fəaliyyəti və ümumiyyətlə, korrupsiya ölkədə sahibkarlığı boğur. Heç kəs real işlə məşğul olmaq istəmir. Çünki əlində olan pulların korrupsioner məmurlar tərəfindən alınacağını bilir. Korrupsiya olmasa, sahibkarlıq inkişaf edəcək. Təbii ki, bizim şəffaf şəkildə fəaliyyət göstərən, korrupsiyaya bulaşmayan məmurlarımız var. Onlara cəmiyyətdə əksəriyyət tərəfindən əfəl kimi baxılır. Sanki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bacarana can qurban”.
Hüquqşünas qeyd edib ki, əgər N.Quliyevin övladları da fəaliyyətlərində qanunsuzluğa və korrupsiyaya yol verdikləri sübut olunarsa, onların da məsuliyyətə cəlb olunması gözləniləndir: "Ağstafanın saxlanılan icra başçısının Bakının Nərimanov Rayon Məhkəməsində hakim işləyən oğlunu tanısam da, hüquq-mühafizə orqanlarında işləyən digər oğlunu tanımıram. Hakim işləyən oğlunun icraatında vəkili olduğum işlər olub və onun qanunsuz qərarlarını çox görmüşəm. Amma təbii ki, oğul ataya görə məsuliyyət daşımır. Əgər Nizaməddin Quliyevin övladları işlərində qanunsuzluğa yol verməyiblərsə, fəaliyyətlərini çalışdıqları dövlət qurumlarında davam etdirə bilərlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi