ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Azərbaycana gəlib - Parlamentdə görüş olub
19-12-2019 [17:14]
Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana səfərə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib.
Parlamentin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər.
Komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verib ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə sərəncam imzalayıb.
Sonra görüşdə Əli Hüseynli ATƏT DTHİB ilə əməkdaşlıq əlaqələrimizdən söz açıb, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu deyib. EQM təmsilçilərinin nəzərinə çatdırıb ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətiriblər.
Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak edirdilər.
Sonra ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib. Siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirib.
Öncə YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verib. Ötən seçkilərdə DTHİB-lə əməkdaşlığın faydalı olduğunu deyib. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedişini tənzimləyən hazırkı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtilə ATƏT-in səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlandığını və zaman keçdikcə bu məcəlləyə lazımi dəyişikliklər edildiyini diqqətə çatdırıb.
Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təəssüratlarını bölüşüblər. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkənar parlament seçkilərinə qoşulduqlarını bildirdilər. Missiya üzvlərinə seçki platformaları və seçki şüarları, neçə dairədə nə qədər namizəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandat qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir; ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb; Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.
Partiya rəhbərləri missiyanın nəzərinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin seçkidə iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri də çatdırıblar.
Siyasətçilərin çıxışlarında vurğulandı ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.
Görüş maraqlı diskussiya şəraitində keçib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi